Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...

Yazarlar 14:28 02.05.2025

Ey dadi bidad danəndə dəhan dərviş d...

Derlər, 

Undulması bir anda baş verən zalım ofçu yox e, oxucu,

Bir çoban hər gün kəndçiləri tərəfindən yüz kəz görünər, qarşılaşarlar, dönüb bəlkə də çobanın üzünə baxmazlar. Elə ki, o çobanı dağda sürüsüylə televiziyaya çəkdilər, ya qəzetdə şəkilini vurub yazıyla məth elədilər, o gün çobanı tanıyan - tanımayan hər kəs, ona yaxınlıq etməyə çalışacaq. 

Çalışacaq, onunla isti-isti salamlaşsın.Çalışacaq onunla söhbət eləsin və bu söhbəti uzatsın. 

Onunla bu çəkilişin harda, necə getdiyini təfsilatı ilə öyrənənələr də olacaq. Sizcə, niyə? Nədən? Nəyə görə?

Həyat bilindiyindən, hiss elətdirdiyindən də qəddardı. Bəzən həyat o qədər yaxındadır ki, unutdurur. Bu cana, qana, tənə, gözə işləyən hər cür yaxınlıq, məsafələri aradan götürür, ortadandan qaldırır. Məsafəsi aradan qalxanda isə həyat  (üç dənə “d” hərifiylə) qəddd(3)arlaşır. O götürülən, aradan qalaxan məsafənin qisasını almaq üçün hər cür cəzaya baş vurur. Bu cəzanın ən qorxuncu da laqeyidlik, unutmaq, itirməkdir. 

Derlər, 

Undulması bir anda baş verən zalım ofçu yox e, oxucu, 

Elə ki bu həyatın hər hansı bir cizgisi yazıya, ekrana, rəsmə, səsə daşındı (bütün bunların hamısı yazıdır əslində:-x.t.) həyat qorxunc dərəcədə uzaqlaşan məsafəni, obyektlə arasında, subyektlə arasındakı o qorxunc məsafəni qapatmaq üçün hərəkətə keçməyə çalışır. 

Bir çobanı görəsə, hər gün başını qaldırıb baxmadığı təqdirdə, televizorda şəklini ani olaraq gördüyündə belə, o gün onu yüz dəfə görsə, yüz kəz salam verər. Bu nə deməkdir, hardan qaynaqlanır, insandakı bu əyləmin kökü hara gedib çıxır? 

Həyat yazıda, səsdə, ekranda əksini tapanda, yerini sanki dəyişəndə, yuxarıda qeyd etdiyim o subyektlə arasındakı məsafəni özü gedib qapadır. Özü qət edir. Həyat bir növ sənətin ayağına gedir. Niyə? Çünki bu dünyada sənət yaradıcı obrazında və pozisiyonunda çıxış edir. Yaradıcı obrazlılığını, simasını daşıyan nə varsa, insanın, bəşərin karmasında qudsallaşır. Özünə “adilik” anlayışı kodundan “qutsal”lıq kodu düzəldir, çizir.  Bu qutsallıq, sitayiş, tabe olma, üstün - alçaq fərqlərini həmın şüuraltı olaraq diktə etməyə başlayır. Deyim ki, indiyə kimi bu rolu başarılı şəkildə ifa edə bilib də. 

Derlər, 

Undulması bir anda baş verən zalım ofçu yox e, oxucu, 

Ekran, yazı, səs, musiqi, şəkil həyatdan qopub həyatın imicində, həyatın adıyla yerini dəyişir, yerini təfəkkürdə sazlayır. Bu təfəkkür yurd salmasından doğan, ortaya çıxan mənzərə insanın Allahını (Yaradıcı sahibini)  yadına salır. (Belə bir yaddaş təması dünya -insan- ötəlik üçgənində insanın şüuraltı silkələnmə təkanını bəlli bir sınırla hüdudlandırır.) 

İnsanın qorxub çəkindiyi bir nəsnə varsa, varlıq varsa, o da Allah qavramı, Allah anlayışı və Allahlıq olan funksiyonallığdır. İstər adəmoğlunun inanclısı, istər inansızı olsun, bu belədir. Sənət həyatın surətini, kimliyini təfəkkürdə mayalandırıb zühur etdimi, onda məqamı yüksəlir, həyatın evi yıxılır. Digər nəsnə və obyektlərin, subyektlərin nəfəsinin kəsilmə sürəci dövriyyəyə girir. 

Ona görə də, 
Ona görə də, 

Ona görə də, sənət iksirini daşıyan hər zərrəcik ciddiyə alınır, salama layiq olur, hörmətə tabe tutulur. Bu yenə də şüuraltı psixoz əsarətinin “təlimatlandırma dairəsində cərəyan edən” məxsusi əxlaq şifrələrinin dializə edilmiş həyatı böyütmə, çoxaltma  “surət”ində  təsnifatlandırma teorisinə yol açma ecazıdır,- desək, heç nə Hegel, nə Freyd, nə Nitşe incik halını tarixə sırımış olar. 
Televizorda ən alçaq adam göstəriləndə belə, qonşularının ona münasibəti dəyişir. Bütün bunlar sənətin Qudsallıqdan, (söhbət ilkin ilahi  yaradıcılıqdan gedir:-x.t.) yaradıcılıq anlayışının sənət üzərindəki nəzarətindən doğan çağırışdır. O adam əgər alçaq isə, yenə də alçaqdır. O ekranda görünəndən sonra alçaqlığından çıxmış olmur ki. Eyni alçaqlıq sindromu, xarakter hərarəti onun üzərində, kimliyində, varlığında çöküb qalır. Ancaq dünən onun alçaqlığından dolayı, çobana qarşı laqeyd olan kimsələrin, bu gün ekranda görünəndən sonra ona qarşı mülayimləşməsi, ona azacıq heyrət səriştəsiylə baxması qaçınılmaz bir psixoloji sabotajdır. Bunun səbəbi, heç bir “kəs”, heç bir “şey” deyil, yalnız şüualtı bəndləri yıxmağa alışqanlıq göstərən  sənətdir. Bu şəkildə baxışların ona qarşı bir anda dəyişməsinin səbəbi sənət anlayışının Allahın yaradıcı intuisiyasından anında bacarıqlı şəkildə istifadə etmə təbəddülatıdır. 

Sənətin alt qatı, 
varlığı, 
mahiyyəti 

Yaradıcı gücdə olan missiyayla bağlı insanın psixoloji həzinlik tempinə, həyatla təmasdakı qurduğu ritminə ötürdüyü gizlinliklərdir.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
G7 İran-İsrail münaqişəsi haqqında birgə bəyanat imzaladı
05:09 17.06.2025
Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırır
01:48 17.06.2025
"İran səhərə qədər İsraili vuracaq"
00:51 17.06.2025
"ABŞ cari maliyyə siyasəti altında defolt riski ilə üzləşir"
00:04 17.06.2025
Berbok BMT-dəki mandatından imtina etdi
23:22 16.06.2025
İki Od Arasında: İran-İsrail Münaqişəsi və Azərbaycanın Strateji Seçimləri
23:07 16.06.2025
İranın sərnişin təyyarəsi radardan itdi
21:29 16.06.2025
İsrail Livanı bombaladı
21:13 16.06.2025
BMT mina qadağasına dair qlobal kampaniyaya start verir
21:02 16.06.2025
"ABŞ Rusiya ilə görüşünü ləğv edib"
19:33 16.06.2025
Tramp G7-nin bəyanatını imzalamaqdan imtina edib
19:16 16.06.2025
İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi
18:23 16.06.2025
Qərbin İkili Standartları: Azərbaycan Kontekstində İkiüzlü Ədalət
16:24 16.06.2025
Pakistan İranla sərhədi bağladı
16:08 16.06.2025
“Şuşa Bəyannaməsi ölkələrimizin sərhədlərini aşıb”
15:48 16.06.2025
"İsrail Tehranın hava məkanına tam nəzarət edir"
15:39 16.06.2025
"Azərbaycanlı zəvvarlar vətənə qayıdır"
15:35 16.06.2025
Türkiyə-Azərbaycan Dostluğu və Bakı qeydləri Mevlüt Yeni yazır...
15:07 16.06.2025
Si Cinpin Qazaxıstana getdi
14:55 16.06.2025
Qara Zövqün Qaranlıq Tərəfi: Çayın İnsan Orqanizminə Zərərləri
14:46 16.06.2025
Parisdə Azərbaycanın mədəni irsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
13:56 16.06.2025
"Türkiyə "nüvə danışıqlarında" vasitəçi olmağa hazırdır"
13:36 16.06.2025
İsrail itkilərini açıqladı
13:32 16.06.2025
Şəhərlərin Estetik Kimliyi Necə Dəyişir?
13:01 16.06.2025
"Fərqliliklərimizi kənara qoyub düşmənin qarşısında  yumruq kimi dayanmalıyıq"
12:58 16.06.2025
İsrail-İran müharibəsi, qeyb olan "qırmızı cizgi"lər və Zəngəzur dəhlizi
12:21 16.06.2025
"Real" "Liverpul"-un daha bir ulduzuna "göz dikib
11:44 16.06.2025
İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub
10:07 16.06.2025
Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
09:50 16.06.2025
Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır
08:59 16.06.2025
"İsrail casusu" dar ağacından asıldı
07:53 16.06.2025
Aspirinin güclü və təhlükəsiz alternativi tapıldı
02:56 16.06.2025
Peruda zəlzələ güclü zəlzələ baş verib
01:20 16.06.2025
Reydə İsrailin dron sexi aşkarlanıb
00:55 16.06.2025
Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
00:38 16.06.2025
"Huawei"-dən "ChatGPT"-yə: Texnologiya Müharibəsində Soyuq Savaşın Yeni Üzü
20:35 15.06.2025
Müstəqil Azərbaycan dövlətçiliyinin strateji əsasları və liderlik paradiqması
20:14 15.06.2025
Ərdoğan Azərbaycanı təbrik edib
19:29 15.06.2025
Qazaxın kəndlərinə dolu yağıb
18:03 15.06.2025
Hamısı