ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…

Yazarlar 22:22 15.01.2025

…Yəqinki hüquq sahəsi üzrə görkəmli alim, Azərbaycanın Əməkdar hüquqşünası, professor, Rusiya Elmlər Akademiyasının akademiki,

Qara dəniz- Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının prezidenti İlham Rəhimovu Azərbaycana xüsusi tanıtmağa ehtiyac yoxdur. Axı  o özü Azərbaycanı dünyaya tanıdırsa, onu Azərbaycana tanıtmağa nə ehtiyac?! Üstəlik, Azərbaycanda tanınmış hüquqşünas-alimlərin adını çəkəndə hamı onun barəsində ən xoş sözləri deyirlər…

***

…Şeyx Şamilin bir deyimi var: «Aqibətini düşünən əsgərdən heç vaxt igid olmaz!». Yəni, bu ifadənin fəlsəfi mənası odur ki, Vətən, dövlət və Azərbaycan naminə addım atan, böyük bir yola çıxan aqibətini düşünürsə, o, Vətənin böyük övladı-alimi ola bilməz!

 Öz aramızdır, bəlkə də alim dediyimiz minlərlə elm adamı var ki, aqibəti düşünmənin qurbanıdır, onlar ha çalışsalar da, elmi titulların ən böyüyünü əldə etsələr də, Azərbaycanın böyük alimi ola bilmirlər! Niyə? Çünki böyük alim olmamışdan əvvəl insan gərək həm də böyük Azərbaycanlı, aqibətini düşünməyən Vətən adamı olmalıdır!

 Sözümün mənası var: İlham Rəhimovu 1993-cü ildən tanımışam… Amma onu olduğu kimi görünüb, göründüyü kimi olan alim-ziyalı kimi məhz aradan ötmüş bu 32 ildə daha yaxından tanımışam. Bir az da diqqətli desəm, Ədliyyə Nazirliyinin rəhbər şəxslərindən biri kimi tanıyırdım, amma 1993-cü ildə baş redaktor təyin edildiyim «Təzadlar» qəzetinin İdarə Heyətinin üzvü kimi onu lap dərindən tanıdım. Qəzetin idarə heyətində kimlər yox idi: Xalq şairləri- Bəxtiyar Vahabzadə, Məmməd Araz, Topçubaşov adına Eksperimental İnstitutun direktoru, professor Nurəddin Rzayev, Kubada Neftayırma Zavodunun rəhbəri, Boykonurun tikintisində əsas mütəxəssislərdən olmuş neftçi-alim Yusif Səmədov, tanınmış hüquqşünas Adil Minbaşı, görkəmli şair Famil Mehdi, təpədən dırnağadək poeziya ustadı Şahmar Əkbərzadə… Və illər keçdi, bu seçilən heyət sırasında dünyadan köçənlər oldu, Allah hamısına rəhmət eləsin, qalanlara can sağlığı!

 Qısası, Professor İlham Rəhimov bu gün də həmin İdarə Heyətdə var! 32 il əvvəl gördüyümüz, tanıdığımız, dərin hörmət və rəğbət bəslədiyimiz dəyişməz böyük ziyalımız kimi!!!

…Bu gün kimi onu görkəmli alim kimi tanıyır, kimi də Azərbaycanın tanınmış şəxsiyyətlərinin qayğısını çəkən kimi görür… Kimi də Azərbaycanın xaricdə-beynəlxalq arenalarda, məclislərdə, elmi konfranslarda Azərbaycanın təəssübünü çəkib milli və dövləti maraqlarını qoruyan ziyalı-alim kimi! Bəziləri də onu sadəcə, şirin səslənsin deyə, «Putinin dostu» kimi qəbul edir… Mən İlham Rəhimovun rəhbəri olduğu Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyasının indiyədk Bakıda keçirilmiş çoxsaylı konfransında iştirak etmişəm. Regionun 20-yə yaxın ölkəsindən iki yüzdən çox tanınmış alim və dövlət xadimlərinin, yüksək rütbəli rəsmi şəxslərin iştirak etdiyi bu konfransda Professor İlham Rəhimov haqqında söylənilənləri eşidəndən sonra bu qənaətə gəldim ki, İlham Rəhimov təkcə Rusiya Prezidenti Vladimir Putinin deyil, həm də Vladimir Putinin ən yaxın dostu- Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Assosiasiyaya üzv ölkələrin rəhbər şəxslərinin də ən etibarlı dostudur!

***

...O, zaman keçdikcə dəyişməzdir, əvvəl dediyim kimi, həyat fəlsəfəsinin ana xətti olan göründüyü kimi olub olduğu kimi görünəndir!

 Yeri gəlmişkən, neçə gün əvvəl arxivimizdə bəzi sənədləri axtarırdım. Bir məktubla rastlaşdım. 1996-cı iildə Professor İlham Rəhimov tərəfindən mənə ünvanlanmışdı… Məktubu sətirləmirəm, fotosurətini təqdim edirəm, oxuyub hər cümləyə bu günün gözü ilə yaxşı-yaxşı baxın… O cümlələrdəki hər bir məsul ifadələrin arxasında Azərbaycanı məhz Vətən olduğu üçün sevən bir insanın-  Professor İlham Rəhimovun kimliyi dayanır!!!

…Məktubu yəqinki oxudunuz. İndi çönüb ətrafınıza- Azərbaycanımıza baxın! Diqqətlə baxın! Kimləri görə bilirsiniz??? Ümumiyyətlə, görə bilirsinizmi??? Yəqinki az sayda, barmaqla sayılacaq qədər ziyalıları- əsl vətənsevərləri və Vətəni Vətən olduğu üçün sevənləri görəcəksiniz! Məncə, İlham Rəhimovu o sırada daha aydın görə bilirsiniz…

***

…Az qala unutmuşdum, dünən Professor İlham Rəhimovun ad günü idi! Təmtəraqdan, hay-küydən, tərifnamələrdən uzaq-sadə bir ad günü!

 Elə yeridir xatırlayım, Prezident İlham Əliyev neçə illərdir ad gününü Qarabağda- işğaldan azad edilmiş ərazilərdə qarşılayır… Diqqət edin, mən «qeyd edir» demədim.

 Professor İlham Rəhimovu 32 ildir yaxından tanıdığımdan deyirəm ki, onu, xüsusən də 1993-cü ildən- Qarabağın işğal edildiyi tarixdən bəri, hələ də ad gününü xüsusi təmtəraqla qeyd edən görməmişəm. Özü kimi ad günü də bax beləcə sadədir, uzun bir yol gələrək özü kimi sadə, bər-bəzəksiz ömründən keçib gələcəyə doğru uzun bir yola ünvandır…

 100 yaşa doğru uzanan yolunuz işıqlı olsun, sadə və göründüyü kimi olub, olduğu kimi görünən Professor İlham Rəhimov!

Asif MƏRZİLİ

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Hamısı