Ukraynada yerin təki haqqında "gizli" olaraq qeyd edilən geoloji məlumatlar xarici investorları cəlb etmək və yerin təki sazişi çərçivəsində ABŞ ilə əməkdaşlıq üçün açıq olacaq.
“EDnews” xəbər verir ki, bunu Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyirəhbəri Svitlana Qrinçuk deyib.
"Biz məhdudiyyət təsnifatlarını ləğv edirik - strateji və kritik mineral ehtiyatlar haqqında məlumata girişi açırıq", - o deyib.
Nazir bildirib ki, hazırda Ukraynada yer təki ilə bağlı məlumatlarla pulsuz işləmək üçün bütün bürokratik prosedurlar tamamlanır, çünki məlumatların əksəriyyəti indiyədək yalnız kağız şəklində saxlanılıb.
Qrinçukun sözlərinə görə, nazirlik artıq geoloji məlumatı olan 6 min kitabı rəqəmsallaşdırıb və daha 60 min kitabı rəqəmsallaşdırmağı planlaşdırır. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir və Amerika şirkəti ilə birgə genişləndirilməsi planlaşdırılır.