Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub.
“EDnews” xəbər verir ki, bunu Serbiyanın maliyyə naziri Sinişa Mali sosial şəbəkədə bildirib.
“Serbiya Respublikası rəsmi olaraq Vahid Avro Ödəniş Zonasının coğrafi ərazisinin bir hissəsinə çevrilib. Bu, ölkəmizin maliyyə və Avropaya inteqrasiyası prosesində əsas mərhələni təmsil edir. SEPA standartlarının Serbiyada praktiki tətbiqinə 2026-cı ilin mayında başlanması gözlənilir”, - nəşrdə deyilir.
Qeyd olunub ki, SEPA-ya qoşulmaqla serblər avro ilə ödəniş əməliyyatlarını daha sürətli, səmərəli və ucuz həyata keçirə biləcəklər.