Səudiyyə Ərəbistan Rusiyanın aktivləri müsadirə olunarsa, G7 istiqrazlarını satmaqla hədələyib.
Ednews - un məlumatına görə bu barədə “Bloomberg” mənbələrə istinadən xəbər verir.
Krallığın Maliyyə Nazirliyi bəzi G7 ölkələrinə Kiyevə kömək etmək üçün Rusiya aktivlərindən istifadə ideyası ilə razılaşmadığını bildirib.
Mənbələrdən biri bunun üstüörtülü təhlükə kimi səsləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanı xüsusi olaraq Fransa Xəzinədarlığının verdiyi borcları qeyd edib.
Qeyd edək ki, G7 ölkələr qrupuna Kanada, Fransa, Almaniya, Yaponiya, ABŞ, Böyük Britaniya, İtaliya aiddir.
Əkbər Novruz