Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə qeydə alınıb. Nəticədə Nyu Yorkdakı metal körpünün mexanizmi temperaturun təsirindən sıradan çıxıb.
Ednews xəbər verir ki, ABŞ mətbuatda verilən xəbərə görə, Nyu-York şəhərində Harlem çayı üzərindəki Bronks və Manhetteni birləşdirən körpü hədsiz istilər səbəbindən zədələnib. Körpünün polad elementləri istidən genişlənib, bağlanma mexanizmi deformasiyaya uğrayıb. 1898-ci ildə açılıb-bağlanan konstruksiya formasında qurulan körpü birtərəfli nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.
İndi zədələnməsi səbəbindən körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Qızmar poladı soyutmaq üçün gəmi ilə çaydan onun üzərinə su vurulur.