Yaponiya ABŞ-ın Sakit okeanda ilk dəfə keçirəcəyi “İgid Qalxan” hərbi təlimində iştirak etməyə hazırlaşır. Yapon ordusundan 4 minə yaxın şəxsi heyət, QSD-yə aid 130 texnika və 60 təyyarə iştirak edəcək.
Ednews m.haber.7-ə istinadən xəbər verir ki, Yaponiya Çinin Hind-Sakit okean və Şimali Koreyanın hədələyici raket sınaqlarında artan təsirləri qarşısında hərbi koordinasiyanı artırmağa çalışır.
Yaponiyanın müdafiə naziri Kihara Minoru verdiyi açıqlamada ölkəsinin ABŞ-ın təşkil etdiyi “İgid Qalxan” təliminə ilk dəfə qatılacağını bildirib.
Hərbi təlimə hava, dəniz və quru qüvvələri də daxil olmaqla Yaponiya ordusundan təxminən 4 min nəfər, həmçinin QSD-yə aid 130 maşın və 60 təyyarə daxil olacaq.
Xəyal