"Ermənistanla əlaqələrimizin genişləndirilməsinə diqqət edəcəyik. Mərhum prezident Rəisi də Ermənistanla əlaqələrə önəm verirdi. Xüsusən də Ermənistanla sərhəd məsələsinə həssaslıqla yanaşırdı".
Ednews xəbər verir ki, bunu İranın Ali dini lideri Seyid Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərkən deyib.
"Biz bu həssaslıqları nəzərə alaraq siyasətimizi davam etdirəcəyik", deyə o, qeyd edib.