Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti ulduz hücumçu Neymarın yığmaya çağırılmaması ilə bağlı rəsmi açıqlama verib.
İtaliyalı mütəxəssis, Neymarın son dövrlərdəki zədəsini əsas səbəb kimi göstərərək bildirib:
"Yaxşı formada olan futbolçuları seçməyə çalışdım. Neymar isə hələ tam hazır deyil. Hər kəs onun nə qədər önəmli olduğunu bilir və bu heç vaxt dəyişməyəcək. O, zədədən əziyyət çəkir və bu səbəbdən hazırda milliyə çağırıla bilməz. Amma biz ona inanırıq və Braziliya xalqı da ondan çox şey gözləyir. Bu səhər şəxsən onunla danışdım və qərarımı izah etdim. Neymar anlayışla qarşıladı və tamamilə razı olduğunu bildirdi", – Ançelotti deyib.
Qeyd edək ki, Neymar bu mövsüm "Əl-Hilal" klubunda zədələr səbəbindən cəmi 11 oyunda çıxış edib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ulduz futbolçu uzun fasilədən sonra tam bərpa olmağa çalışır və gələcəkdə yenidən yığmanın əsas simalarından biri olacağı gözlənilir.
Fatima Şükürova // EDnews