Xəbər verdiyimiz kimi, "Paris-2024" Yay Olimpiya Oyunlarında qalib gəlmiş idmançılarımız Fəxri xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ednews xəbər verir ki, idmançılar Hidayət Heydərov və Zelim Kotsoyev öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı gül dəstələri qoyublar.
Hidayət Heydərov jurnalistlərə açıqlamasında deyib ki, 2028-ci ildə Los Ancelesdə öz titulumu qorumağa çalışacağam.
Ətraflı video-süjetdən izləyə bilərsiniz:
Qeyd edək ki, Hidayət Heydərov və Zelim Kotsoyev cüdo idman növü üzrə olimpiya çempionu titulunu qazanıblar.