Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır

Cəmiyyət 11:00 05.05.2025

BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərarla hər il mayın 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində fəal dövlət siyasəti aparılır. Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi diqqət və qayğısı bu sahədə tədbirlərin də ildən-ilə güclənməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər əlilliyə görə sosial ödənişlərlə (pensiya, müavinət, təqaüdlər) təmin edilir. Dövlətimizin başçısının tapşırıqları əsasında 2018-ci ildən ötən dövrdə illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi icra edilib, həmin islahatlar çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də ardıcıl şəkildə artırılıb.

“EDnews” xəbər verir ki ,  ümumilikdə həmin dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcmi 5 dəfə artıb.

Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılması və inkişafı, cəmiyyətə təqdim olunmasında, onların sosial inteqrasiyasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi mühüm rol oynayır. Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan Mərkəzdə və onun filiallarında əlilliyi olan və digər həssas qruplardan olan 700-dən çox şəxs xidmətlərdən yararlanıb. Benefisiarlarla bağlı təlimlərlə yanaşı, kompleks reabilitasiya işləri də aparılır.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda Konvensiyadan irəli gələn öhdəliklər uğurla icra edilərək, bu əsasda milli qanunvericilik də daim təkmiləşdirilir. Bunun növbəti əyani təzahürü isə bu günlərdə qəbul edilən yeni qanunvericilik aktlarıdır. Bu, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının daha da artırılmasına yönələn daha bir addım kimi qiymətləndirilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda edilmiş dəyişikliklərlə Qanuna Azərbaycan işarət dili və əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması ilə bağlı yeni maddələr əlavə edilib. Həmin maddələrdə dövlətin əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verdiyi, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanındığı bildirilir.

Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı icra olunur. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu proqram 5 dəfə genişlənib. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 6,8 min, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ötən dövrdə 7,7 min minik avtomobili təqdim edilib.

Son illər ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub, həmçinin yeni reabilitasiya müəssisələri yaradılıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində qabaqcıl dünya təcrübəsinə uyğun yeni reabilitasiya metodlarının tətbiqi ilə biopsixososial modelə əsaslanan xidmət spektri yeni istiqamətlər üzrə xeyli genişlənib. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatının gücləndirilməsi sahəsində də son illər mühüm addımlar atılıb. Bu məqsədlə nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə qanunvericilikdə müvafiq dəyişikliklər edilib.

Görülən bütün bu işlər reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayının 2018-ci ildəki 11,9 mindən 10,4 dəfə artaraq 2024-cü ildə 123,3 minə çatmasına imkan verib. Eyni zamanda, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyədək artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.

Reabilitasiya vasitələri ilə təminatda mühüm yeniliklərdən biri də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstəklə əhatə olunması işləri çərçivəsində həmin şəxslərin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilməsidir. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 492 şəxs 609 yüksək texnologiyalı protezlə təmin edilərək, aktiv həyata dönüş imkanı əldə edib. Hətta onlar idman yarışlarında da uğurla iştirak edirlər.

Ümumilikdə Azərbaycan əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların hüquqlarının etibarlı şəkildə təmin edilməsi sahəsində fəal və daim güclənən dövlət siyasətinə malik ölkələrdən biridir.

Fatimə Mərdanlı //EDnews 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Azərbaycanla bizi strateji tərəfdaşlıq birləşdirir"
14:38 05.05.2025
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olunub
14:16 05.05.2025
Hindistan–Pakistan Münasibətləri: Qlobal Təhlükə və Regional Güc Balansı
13:19 05.05.2025
Gürcüstanda torpaq sürüşməsi baş verib
12:33 05.05.2025
Nikaraqua UNESCO-dan çıxdığını bəyan edib
12:27 05.05.2025
"Bəzi dövlət məmurlarını süni intellekt əvəz edə bilər"
12:24 05.05.2025
Pakistan yeni ballistik raketi sınaqdan keçirib
12:19 05.05.2025
"Tərəflər arasında müharibə baş verərsə, dünya nizamı tamamilə dəyişə bilər" - Açıqlama
12:13 05.05.2025
Hindistanda bəbir 20 yaşlı qızı öldürdü
11:57 05.05.2025
Azərbaycan nümayəndə heyəti Türkiyədə aqrar sığorta mexanizmi ilə bağlı müzakirələr aparıb
11:55 05.05.2025
Azərbaycan Badminton Federasiyası mükafata layiq görülüb
11:35 05.05.2025
Bu gün Xətai rayonunun bəzi ərazilərində işıq olmayacaq
11:26 05.05.2025
Azərbaycan Dillər Universitetində Çin Gəncləri Günü qeyd olunub
11:22 05.05.2025
İran XİN başçısı Pakistana səfər edib
11:15 05.05.2025
Ələtdə inşa olunan hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq
11:13 05.05.2025
Ötən həftə 1 400 hektardan çox ərazi minalardan təmizlənib
11:08 05.05.2025
Azərbaycan Ordusunun dəniz piyada bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
11:00 05.05.2025
Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi istiqamətində ardıcıl işlər aparılır
11:00 05.05.2025
Astanada 600-dən çox uşaq nadir fotomozaika portreti yaradıb
10:57 05.05.2025
" Vyetnam-Azərbaycan münasibətlərində irəliləyiş gözləyirik"
10:44 05.05.2025
Çərəzlərin hansı faydaları var ?
10:41 05.05.2025
Myanmada silsilə zəlzələlər qeydə alındı
10:34 05.05.2025
Ramin Məmmədov Vyetnama səfərə gedib
10:32 05.05.2025
Azərbaycanda əczaçılıq sənayesinə həsr olunmuş ilk beynəlxalq tədbir keçirilir
10:28 05.05.2025
İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir
10:26 05.05.2025
Roma Papası Fransiskin avtomobili Qəzzada səyyar tibb məntəqəsi kimi istifadə ediləcək
10:25 05.05.2025
Abşeron Milli Parkında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
10:17 05.05.2025
Türkiyə və Şimali Kipr liderləri “TECHNOFEST-2025”də Azərbaycan komandasını mükafatlandırıblar
10:11 05.05.2025
Sudanda üsyançılar Port Sudan aeroportuna PUA-larla hücum ediblər
10:05 05.05.2025
Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 7 medalla başa vurub
10:00 05.05.2025
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib
09:29 05.05.2025
Zaksenhauzen əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr edilmiş xatirə lövhəsi açılıb
09:14 05.05.2025
Belarusun Baş naziri Azərbaycana səfərə yollanıb
09:11 05.05.2025
Çilidə güclü zəlzələ baş verib
07:33 05.05.2025
İran 1 200 km uçuş məsafəsinə malik ballistik raketi uğurla sınaqdan keçirib
05:45 05.05.2025
Azərbaycan səfiri Əfqanıstanın Ətraf Mühit Agentliyinin rəhbəri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
04:18 05.05.2025
Lavrov Pakistan XİN-ə Hindistanla nizamlamada yardım etməyə hazır olduğunu təsdiqləyib
00:22 05.05.2025
Bu gün görkəmli şair Əhməd Cavadın anadan olmasından 133 il ötür
00:03 05.05.2025
Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
00:00 05.05.2025
Heydər Əliyev adına Hərbi İnstitutda elmi-praktik konfrans keçirilib
12:52 03.05.2025
Hamısı