Myanmada Tailand ilə sərhədə yaxın ərazidə silsilə zəlzələlər qeydə alınıb.
“EDnews” xəbər verir ki ,bu barədə Tailand Meteorologiya Departamentinin Zəlzələlərə nəzarət bölməsindən məlumat verilib.
Məlumata görə, ən güclü zəlzələ 4.8 bal gücündə olub və 10 km dərinlikdə baş verib. Zəlzələnin episentri Myanma ərazisində, Tailand sərhədi yaxınlığında yerləşib.
Bundan əlavə, 1.9-3 bal gücündə daha bir neçə yeraltı təkan da qeydə alınıb. İnsan itkisi və ya dağıntılar olmayıb.
Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib. Təbii fəlakətdən həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub. Son məlumatlara görə, Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3800-ə çatıb, 5000-dən çox insan xəsarət alıb.
Bundan sonra ölkədə bir neçə dəfə güclü təkan qeydə alınıb.
Fatimə Mərdanlı //EDnews