Bu il Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçirilməsi planlaşdırılır.Kayrat vurğulayıb ki, Azərbaycan 2025-ci il üçün etimad tədbirləri çərçivəsində bir sıra vacib təşəbbüslər irəli sürüb:
“Buraya nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində bilik mübadiləsi üzrə konfrans, elektron ticarət vasitəsilə kiçik və orta biznesin ticarətdə iştirakının genişləndirilməsi üzrə tədbir, rəqəmsal transformasiya və innovasiyalar üzrə forum və AQEM-ə üzv ölkələrdən olan mütəxəssislər üçün kibertəhlükəsizlik üzrə təlim daxildir”.
EDnews xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Biznes Şurasının 8-ci plenar sessiyası zamanı AQEM-in baş katibi Kayrat Sarıbay bildirib.
K.Sarıbayın sözlərinə görə, rəqəmsal transformasiya artıq seçim deyil - bu, bir zərurətdir: "Məhdud texnologiya və rəqəmsal bacarıqlara çıxış kimi çağırışlar böyükdür. Lakin elektron ticarət və süni intellekt sahəsində imkanlar da bir o qədər böyükdür".
Mədinə Məmmədova//Ednews