İsrail rəsmiləri Azərbaycanın Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasında oynadığı vasitəçi rolu yüksək qiymətləndiriblər. İsrail mediası qeyd edir ki, Azərbaycan hər iki ölkə ilə sıx siyasi və iqtisadi əlaqələrə malikdir və bu səbəbdən gərginliklərin azaldılmasında mühüm körpü rolunu oynayır.
EDnews xəbər verir ki, bu,Azərbaycanın beynəlxalq aləmdə artan diplomatik nüfuzunun və regionda sabitliyə töhfə verən balanslı siyasətinin göstəricisi hesab olunur.
Azərbaycanın tərəfsiz və etibarlı dialoq platforması kimi çıxış etməsi ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.Azərbaycan son illərdə yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanlarda da mühüm vasitəçi aktora çevrilməkdədir. Son günlərdə İsrail rəsmilərinin verdiyi açıqlamalarda Azərbaycanın Türkiyə–İsrail münasibətlərində vasitəçilik səyləri açıq şəkildə təqdir olunub. Bu, Azərbaycanın artan beynəlxalq diplomatik nüfuzunun və balanslaşdırılmış xarici siyasətinin göstəricisidir.
Mədinə Məmmədova//Ednews