Süni intellekt həyatımızı alt-üst edəcək?

Elm və texnologiya 06:02 13.02.2025

"Süni intellekt insanın düşünmə, problem həll etmə və qərarvermə qabiliyyətlərinin texnologiyaya əks olunmasıdır. Süni intellekt cari vəziyyətdə sadəcə texnologiya kimi görünsə də, gələcəkdə qlobal miqyasda güc balansını dəyişdirə biləcək mühüm  vasitəyə çevriləcək".

Bu sözləri "EDnyus"-a açıqlamasında İnformasiya Texnologiyalar İnstitutunun əməkdaşı, ekspert Araz Mustafa deyib.

Onun sözlərinə görə, süni intellektin inkişafı artıq hərbi, iqtisadiyyat, mətbuat və s. sahələrdə də ciddi təsirini göstərməkdədir. O qeyd edib ki, xüsusilə hərbi sahədə süni intellektə əsaslanan sistemlər  inkişaf edir, yeni silahlar və müdafiə sistemləri yaradılır.

"İqtisadiyyatda da süni intellektin təsirləri görünməkdədir. Artıq iqtisadi inkişafın əsas aparıcı qüvvələrindən birinə çevrilir. Süni intellekt texnologiyaları iri həcmli məlumatları analiz edərək data analitikası vasitəsilə iqtisadi proqnozlar verməyə və bazarı daha dəqiq təhlil etməyə imkan yaradır ki, bu da dövlətlərə daha effektiv qərarlar qəbul etməyə, resursları optimal bölüşdürməyə və riskləri öncədən görməyə kömək edir.

Süni intellektin biznes və maliyyə sektorlarında da tətbiqi bankçılıqdan sığortaya, investisiya idarəçiliyindən ticarətə qədər geniş bir spektrı əhatə edir. Məsələn, süni intellekt əsaslı alqoritmlər bazar tendensiyalarını analiz edərək, investisiya strategiyalarını optimallaşdıra və davranışlarını proqnozlaşdıraraq, daha uyğun strateji hədəflər qoymağa kömək edə bilər, - deyə o əlavə edib.

A.Mustafa bildirib ki, göstərilən məsələrlə yanaşı, süni intellekt səhiyyədə, xüsusən də xəstəliklərin erkən diaqnozu üçün istifadə edilə bilər. 

"Bu isə dövlətlərə vətəndaşlarının həm sağlamlıq, həm də maliyyə baxımından xərclərini azaltmağa kömək edəcək.

Bunlardan əlavə kənd təsərrüfatı, nəqliyyat, kibertəhlükəsizlik sahələrində, ağıllı evlər, eyni zamanda ağıllı şəhər və ağıllı kənd kimi kompleks layihələrdə süni intellekt texnologiyalarının tətbiqi proseslərin real vaxt rejimində qərarvermə və avtomatlaşdırılmanı sürətləndirməyə və məhsuldarlığı artırmağa imkan verir", - deyə o bildirib.

A.Mustafa onu da qeyd edib ki, yuxarıda sadalanan məsələlər də daxil olmaqla süni intellektin bir çox üstünlükləri dövlətlərin bu sahəyə olan marağını daha da artırır. 

"Eyni zamanda, süni intellekt texnologiyasının inkişafına daha çox dəstək verir və gələcəkdə daha çox texnoloji üstünlüyə malik olmaq istəyir.

Azərbaycanda müxtəlif elm və təhsil ocaqlarında, xüsusən də İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində müxtəlif elmi araşdırmalar aparılır. Süni intellekt texnologiyalarının tətbiqinə dövlətimiz tərəfindən də xüsusi diqqət ayrılır. Heç də təsadüfi deyil ki, “Digital Almaty 2025”  forumda iştirak edən Azərbaycan nümayəndələri tərəfindən Azərbaycanda hal-hazırda süni intellekt strategiyasının hazırlandığı bildirilmişdir. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Süni İntellekt Laboratoriyası” yaradılıb. Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək üçün atdığı addımlar eyni zamanda süni intellektin ölkəmizdə geniş tətbiqini təmin edəcək və onun müxtəlif sahələrdə effektiv istifadəsinə imkan yaradacaqdır", - deyə o, fikirlərini yekunlaşdırıb.

Araz-Mustafa.webp

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı