Azərbaycanda internetin qiyməti ARTACAQ - İT Mütəxəssisindən PROQNOZ

Elm və texnologiya 09:53 18.07.2024

"Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq".

Ednews - un məlumatına görə bu fikirləri İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Elvin Abbasov özünün "Facebook" hesabından bildirib. O, hətta vurğulayıb ki, bu proqnoz deyil, rəsmi qanunauyğun yayılan məlumata əsaslanır :

"Bu, proqnoz deyil, provayderlərin “İnformasiya əldə etmək haqqında” qanunauyğun olaraq, 30 gün əvvəl yayımladıqları xəbərdarlıqlara əsaslanıram. İyulun 12-də özəl provayderlər, 17 iyulda isə dövlət provayderləri bu barədə məlumat yayıblar. Məsələyə ilk növbədə istehlakçının perspektivi baxımdan yanaşmağın tərəfdarıyam. İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu etməyiblər. Hazırda ölkədə bütün provayderlər ADSL-dən GPON və digər genişzolaqlı internet infrastrukturuna keçirlər ki, bu da ciddi investisiya tələb edir. Ən ucqar bölgələrdə belə bu infrastrukturun qurulması böyük xərclərə səbəb olur. Əhalinin yüksək sürətli internetə tələbi də artır. Bu səbəbdən provayderlərin qiymət artımına getməsi normaldır".

O, vurğulayıb ki, abunəçilərin internet abunəliyinə qoşulması zamanı maarifləndirilməsi mütləqdir:

"Digər məsələ abunəçilərin maarifləndirilməsidir. Provayderlər bu mövzuda təşəbbüs göstərmirlər. "Onlayn Azərbaycan" layihəsi çərçivəsində genişzolaqlı internet infrastrukturunun qurulması 92%-ə çatsa da, ADSL istifadəçiləri hələ də çoxluq təşkil edir. Bu keçid mərhələsində düzgün maarifləndirmə vacibdir. Təəssüf ki, insanlar yüksək sürətli internet tələb etsələr də, adətən minimal paketləri seçirlər. Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir. Maarifləndirmə iki istiqamətdə aparılmalıdır. İlk olaraq abunəçilər Mbit başına qiymət prinsipinə diqqət yetirməlidirlər. Məsələn, 40 Mbit/s sürət təklif edən internet paketi ayda 18 manatadırsa, Mbit dəyəri 0.45 manat/Mbit olur. Mbit dəyəri sabit qalmaqla sürət və qiymət artımına gedilirsə, istifadəçi daha çox sürəti daha ucuz qiymətə alır. Provayderlərın məlumatlarına əsaslansaq, PPMbit dəyərinin 2 dəfə azaldığını görürük. Bu da abunəçilərin hər Mbit/s üçün daha az ödəyəcəklərini göstərir.

Digər məqam isə sürətlə bağlıdır. Sürətli internet dövrün əsas tələblərindən biri olduğu məlumdur. Buna görədə bütün ölkələr internet surətini yaxşılaşdırmaq üçün adətən yarış içindədirlər. Artıq bizneslərin, sosial aktivlik, iqtisadi fəallıq və digər bütün sahələrin inkişafında demək olar ki, sürətli internetə ehtiyac var. Faylların və məlumatların tez yüklənməsi, veb səhifələrinin daha tez açılması, eyni zamanda məsafədən onlayn işləyən və təhsil alan insanlar üçün sürətli internet çox əhəmiyyətlidir. Bu, həmçinin videokonfransların keçirilməsinə, video, musiqi, serial və filmlərin daha yüksək keyfiyyətdə izlənməsinə imkan verir. Onlayn oyunlar üçün də aşağı ping və yüksək sürət əhəmiyyətlidir. "YouTube"da ən yüksək keyfiyyətli 4K videoları izləmək üçün təxminən 20 Mbps sürətli internet lazımdır, 1080p keyfiyyətində isə ən azı 5 Mbps sürətli bir bağlantı olmalıdır. 720p videolarda 2.5 Mbps və 480p (standart təyinat) videolarda isə 1.1 Mbps sürət kifayətdir.

Ölkədə sürətin artımı ilə bağlı göstəriciləri mütəmadi izləyirəm. Ümumiyyətlə, təqdirəlayiq haldır ki, genişzolaqlı internetin sürət artımında müsbət dinamika hər zaman davam edir. Qlobal şirkət olan “Ookla”nın iyun ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq, orta hesabla 39,87 Mbit/s-ni keçib. Bu, illik sürətin 35% artımı deməkdir.

Orta illik sürət artımının daha yüksək olması üçün ortalama istifadəçinin daha yüksək sürətli internetdən istifadə etməsi zəruri şərtdir. Provayderlərin tarif paketlərində etdiyi dəyişiklərə əsasən növbəti aydan etibarən ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq. Bu gediş beynalxalq reytinqlərə də müsbət formada yansıyacaq və orta illik sürətin artımına ciddi təsir göstərəcək".

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı