"Sazz” İnternet provayderində nasazlıq nə vaxt həll olunacaq? - İKTA-dan RƏSMİ AÇIQLAMA

Elm və texnologiya 15:00 01.04.2024

Xəbər verdiyimiz kimi, Azərbaycanın internet-servis provayderi "Sazz” ilə bağlı redaksiyamıza bir çox abunəçi şikayət məktubları göndərilib. Abunəçilərin etirazı ondan ibarətdir ki, son günlər şəbəkədə internetin sürəti zəifdir və gün ərzində dalğa itir. Belə olan halda internetə qoşulmaq üçün problemlər yaşayırlar. Bunun səbəbi və həlli nə zaman olacaq? 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən Ednews-a verilən məlumata görə, ötən ilin sonlarından etibarən istifadəçilərin telekommunikasiya xidmətləri ilə bağlı İKTA-ya daxil olan müraciətlərin operativ və obyektiv şəkildə araşdırılması üçün “e-şikayət” sistemi istifadəyə verilib. Həmin sistem vasitəsilə ölkəmizdə fəaliyyət göstərən 150-dən artıq operator və provayderlə bağlı İKTA-ya daxil olan çoxlu sayda müraciət araşdırılıb və cavablandırılıb:

"Sözügedən sorğunun predmeti əsasında istehlakçılar tərəfindən gün ərzində İKTA-ya mövcud kommunikasiya vasitəsi üzərindən müvafiq şikayətlər və müraciətlər daxil olmayıb. Amma buna baxmayaraq, göndərilən media müraciəti əsasında provayderə müvafiq sorğu yönləndirilib. İstehlakçılara göstərilən internet telekommunikasiya xidmətinin keyfiyyət səviyyəsi barədə suala cavab olaraq isə qeyd edirik ki, 2023-cü ilin dekabrın 21-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” təsdiq edilib. Həmin sənəddə telekommunikasiya operator və provayderlərinin istehlakçılara göstərdikləri xidmətlərin dayanıqlı və yüksəkkeyfiyyətli olmasına xüsusi diqqət yetirilir. Keyfiyyət göstəricilərinin aşağı olması isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır".

Verilən məlumatda deyilir ki, təqdim edilən internetin sürətinin zəif, yaxud aşağıkeyfiyyətli olması hava şəraitinin və ya texniki nasazlığın təsirindən ola bilər: 

"Yaranmış mübahisələrin tez, ədalətli və şəffaf şəkildə həlli üçün İKTA tövsiyə edir ki, yaranan şikayətlər tənzimləyici quruma ətraflı araşdırılması üçün təqdim edilsin və əsl səbəbi müəyyənləşdirilsin.
Eyni zamanda bildiririk ki, operator və provayderlər tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətindən narazı olan istehlakçılar yuxarıda qeyd edilən “E-Şikayət” sistemi vasitəsilə tənzimləyici quruma müraciət edə və müraciətin icrasını real vaxt rejimində (“online”) izləyə bilərlər.

Bütün hallarda xidmət keyfiyyətinin gözlənilən səviyyədə olmamasını aşkar etmək üçün kifayət qədər sübutedici faktlar olmalıdır. Bu məqsədlə obyektivlik və operativliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu sistemdən istifadə etmək üçün vətəndaşlar https://e-complaint.icta.az linkinə daxil olmaqla “İdentifikasiya nömrəsi ilə” bölməsi vasitəsilə “Abunəçi” səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən şikayətlərini ünvanlaya bilərlər. Hər bir müraciət İKTA üçün müvafiq araşdırma aparmağa əsas verir.

“E-Şikayət” sistemindən istifadə ilə bağlı ətraflı məlumatı vizual təlimata nəzər yetirməklə əldə etmək olar".

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı