Azərbaycana qanunsuz yollarla külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəsmi açıqlama yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarına məxsus “Horadiz” sərhəd dəstəsinin xidmət sahəsində İran istiqamətindən dövlət sərhədinin qanunsuz keçilməsi cəhdinin qarşısı alınıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı həmin ərazidə ümumi çəkisi 10 kiloqram 700 qram olan marixuana aşkarlanaraq götürülüb.
Şəms Qasımlı // EDnews