Fidan hesab edir ki, Ukrayna danışıqlarında ölkə liderləri də iştirak edəcək

Region 08:41 04.06.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynada sülh prosesinə dair danışıqların gələcəkdə yüksək səviyyəyə – dövlət başçıları səviyyəsinə keçəcəyinə inandığını bildirib. O, bu fikirlərini TRT Haber telekanalına açıqlamasında səsləndirib.

Nazir qeyd edib ki, liderlərin bir araya gəlməsi üçün öncə nümayəndə heyətləri arasında razılaşdırılmış qərarlar olmalı və bu qərarlar müəyyən yetkinlik mərhələsinə çatdırılmalıdır:

"Liderlərin bir araya gəlməsi üçün bu görüşə müəyyən qərarlar hazırlanmalı, nümayəndə heyətlərinin danışıqları müəyyən məqama çatmalıdır. Yəni, belə bir sammit üçün əvvəlcədən müəyyən gündəm hazırlanmalıdır."
Nazir əlavə edib ki, bu, onun şəxsi təhlilidir və tərəflər adından danışmağın doğru olmadığını da vurğulayıb. Onun sözlərinə görə, mövcud dinamika göstərir ki, əlavə danışıqlar və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra liderlərin zirvə görüşü qaçılmaz olacaq.

Fidan eyni zamanda xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl həm Rusiya, həm də Ukrayna liderlərini sülh danışıqları üçün qəbul etməyə hazır olduğunu bəyan etmişdi. Nazir bildirib ki, ötən həftə Moskva və Kiyevə etdiyi səfərlərdə Prezident Vladimir Putin və Vladimir Zelenskiyə bu dəvəti çatdırıb.

İyunun 2-də İstanbulda baş tutmuş son görüş barədə danışan Hakan Fidan bildirib ki, həmin danışıqlarda tərəflər əsirlərin və xəstələrin mübadiləsi ilə bağlı əhəmiyyətli razılaşmalar əldə ediblər:

"Tərəflər görüşə yaxşı hazırlıqla gəliblər və müəyyən nəticələr əldə etmək əzmində idilər. Mən hesab edirəm ki, iyunun 2-də keçirilən görüş danışıqların əvvəlki raundunda razılaşdırılanların həyata keçirilməsi baxımından irəliləyiş əldə etdi. Ona görə də biz daha bir görüşün keçiriləcəyini gözləyirik."
Türkiyə rəsmisinin sözlərinə görə, Ankara Moskva və Kiyevin İstanbul görüşündən sonra növbəti danışıqlar raundunu davam etdirəcəyinə ümid edir.

Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
"Milyarderlərin sığınacağındak"ı kanalizasiya problemi ştatın qanunvericilik gündəminə çevrildi
06:20 17.06.2025
Çində qızıl mədəni tapıldı
06:15 17.06.2025
G7 İran-İsrail münaqişəsi haqqında birgə bəyanat imzaladı
05:09 17.06.2025
Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırır
01:48 17.06.2025
"İran səhərə qədər İsraili vuracaq"
00:51 17.06.2025
Nadir torpaq elementləri ilə zəngin sualtı ada kəşf olundu
00:06 17.06.2025
Hamısı