Xankəndidəki yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış barədə yeni detallar üzə çıxdı

Region 12:28 04.02.2025

2023-cü il sentyabrın 25-də Xankəndidə yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Ermənistanda aparılan istintaq prosesi çərçivəsində yeni detallar müəyyənləşib. 

"EDnyus" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 Nəşr yazır ki, sözügedən hadisədə Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Kamo Vardanyan təqsirli bilinir. Məlumata görə, separatçıların Xankəndidəki “hərbi hissəsinin” ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində Qarabağı tərk edən vətəndaşları təhlükəsiz şəkildə yanacaqla təmin etmək vəzifəsi “müdafiə ordusu”nun “xüsusi təyinatlı dəstəsi”nə həvalə edilib. O zaman “ordu”nun əsas səlahiyyətli şəxsi Kamo Vardanyan olduğu üçün bütün məsuliyyət ona aid hesab edilir.

Ermənistan İstintaq İdarəsindən “Hraparak”a bildirilib ki, proses davam edir, bu səbəbdən hər hansı şəxsin adı açıqlana bilməz. Lakin qeyri-rəsmi mənbələr işdə əsas günahkar kimi Kamo Vardanyanın adının araşdırıldığını iddia edir.

Xatırladaq ki, K.Vardanyan hər iki Qarabağ müharibəsi, həmçinin 2016-cı il Aprel döyüşlərində aktiv iştirak edib. O, 2021-ci ildə keçmiş separatçı rejimin hazırda Bakıda istintaq təcridxanasında saxlanılan “rəhbəri” Araik Arutyunyan tərəfindən “müdafiə naziri” təyin olunub. Bir il sonra isə general-leytenant “rütbəsi” verilib. O, 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Ermənistana qaçıb. Ötən il K.Vardanyanın Ermənistanın müdafiə naziri Suren Papikyanın qeyri-kommersiya əsaslı müşaviri təyin olunduğuna dair məlumat yayılıb, lakin sonra təkzib edilmişdi.

K.Vardanyan müsahibələrinin birində hər üç müharibədə təsadüfən sağ qaldığını deyib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 200-ə yaxın erməni ölmüşdü.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Hamısı