Avropa Şurasının prezidenti Çarlz Mişel hazırki siyasi məsələlər haqqında xəbərdarlıq edib.
Ednews euronews-a istinadən xəbər verir ki, Mişel Avropanın yeni "dəmir pərdəyə" hazır olmalı olduğunu bildirib.
Xəbərə görə, Mişel Qərb blokunun 20 ildən sonra ilk dəfə genişləndiyini xüsusilə vurğulayıb. Onun sözlərinə görə artıq Rtəkcə Rusiya yox, Rusiya və onun müttəfiqlərini nəzərə almaq lazımdır.
Bloklar arasında yeni silahlanma yarışının başlayacağından xəbər verən Avropa Şurası prezidenti həm də bildirib ki, Balkan dövlətlərin Aİ üzvü olmaq üçün sıra gözləyirlər.
Fərid