Ermənistanda inqilab baş verə bilər? - Siyasi şərhçi AÇIQLAYIR

Siyasət 11:00 01.04.2024

Dörd kəndin Azərbaycana qaytarılacağını açıqlayan Paşinyan Ermənistanda daxili təzyiqlərlə üzləşib. Revanşistlər və kilsə buna imkan verməyəcəklərini iddia edirlər. Belə bir durumda proses necə cərəyan edəcək? Ermənistanda inqilab baş verə bilər?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında Şəbnəm Həsənova bildirdi ki, Paşinyan Ermənistan tarixində ziddiyyətli bəyanatlar verən ən manipulyativ siyasi fiqurdur desək, qəti yanılmarıq. Hər şeydən öncə qeyd edək ki, Paşinyanın söz bazası genişdir. O bu “məharətilə” də mümkün mərtəbə manevr edir:

"Bir neçə variant səsləndirməklə, fikir bulanıqlığına yol verməklə özünü həm daxildə cəmiyyətə və rəqiblərinə, həm də xaricdə Rusiya-Qərb rəqabətinə qarşı sığortalayır, bu səbəbdən hətta silsilə yalanlar danışmaqdan da çəkinmir. Lakin Paşinyan anlamalıdır ki, keçmiş və mövcud yalanlar Azərbaycan ordusu tərəfindən bir də xatırladıla bilər. Ona görə düzünü desə dediyi yalanları yadda saxlamağa da, xatırlatmağa da ehtiyac olmaz. Ümumiyyətlə Paşinyan da daxil olmaqla indiyə qədər hakimiyyətdə olanlarda mövqe yekdil olmayıb, həm də yetkin fikir mövcud deyil. Fikrin yetkinləşməsi üçünsə öz tarixin, torpağın, dövlətçilik ənənən olmalıdır ki, illərlə bu "bişsin". Ermənilər isə hələ ərazi bütövlüyü məfhumu axtarışındadır".

Politoloq qeyd etdi ki, Paşinyan sadəcə siyasi deyil, getdikcə şəxsi ömrünün mövcudluğunu da maksimum qorumağa çalışır. Ələlxüsus da aprelin 5-də keçirilməsi planlaşdırılan görüş öncəsi cızma-qara olsa da hadisələrin bir neçə inkişaf ssenarisi üzrə masa üzərinə qoyulan variantlara münasibətdə Müdafiə nazirliyimizin açıqlaması kifayət qədər aydındır:

"Paşinyan kimin əli ilə gəlibsə onlara vəfa borcunu qaytarmalıdır. Bunun üçün də ən münbit məqamı indi görürlər. Lakin bölgəni qoyub, kənarda platforma axtarmağın illuziyası fonunda fakt odur ki, Rusiya-Ermənistan arasında hərbi müttəfiqlik sazişi mövcuddur. Belə fundamental məsələlərin dəyişdirilməsi mümkün deyil. Meyilin özü belə fatal ola bilər. Bu məqamları da bilən Paşinyan bütün təzyiqlər fonunda qoruyucu fon yaradır.  Müxtəlif narrativlərdə kollektiv Qərb deyə bir düşüncə var. Lakin zənnimcə kollektiv anlayış olsa da, öz aralarında vahid mövqe yoxdur. Məsələn Fransadan olsa Rusiya ilə uzlaşmaya gedər və bölgədə "maraqları" onunla bölüşdürər. Həm də Fransa Ukrayna ilə danışıqlarda yerini qarantiya etmək istəyir. Makron İŞİD bəhanəsi ilə də təhlükəsizlik sferasında Rusiya ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Fransanı dirsək qədər özündən uzaq saxlayan, bu cəhdlərə icazə verməyən Rusiyadır. Sadə dildə desək Fransa hissə-hissə istəyir, daha yaxın müddətə planlar qurursa, ABŞ-ın bölgə ilə bağlı planları daha fundamental və uzunmüddətlidir. Belə ki, ABŞ Rusiyani tamamilə sıxışdırmaq istəyir. Ermənistan tərəfindən təxribatlara gəldikdə isə bu, qısamüddətli ola bilər. Paşinyan da bunu etməklə xalqa və xaricə öz qətiyyətini göstərmək istəyir, lakin bilir ki, hərbi potensialı bizlə müharibə aparmağa cavab vermir. Gözü çıxmış qardaş göz önündədir. Bu baxımdan, müdafiə sənayesini yeniləmək üçün zamanı keçmiş köhnə silahların utilizasiyasının istifadəsi üçün Ermənistanın qurban getdiyini də yaxşı bilir. Təzyiqlər var, bunlardan son zamanlar ən çox aktuallaşdırılan və ona qarşı istifadə olunan başqa hakimiyyətin mövcudluğunu ortaya ataraq Paşinyanın "vurulmasıdır". 

Ş.Həsənova vurğuladı ki, Paşinyanın "bizim rəhbərlik etdiyimiz hökumətin adıçəkilən kəndlərin ərazilərinə heç vaxt iddiası olmayıb və indi də yoxdur" fikri də manipulyativdir, məsuliyyəti üzərindən atmaqdır:

"Uduzmağa məhkum olan Ermənistan lideri qaçışı mümkün olmayan nəticələrdən indidən qorunmaq istəyir. Həm revanşistlər, həm də kilsə olmaqla hazırda Paşinyana daxili təzyiqlərin pik mərhələsi müşahidə olunur. Bu da dörd kəndin qaytarılması ilə bağlıdır. Gözlənilməyən ssenari deyildi. Bu təzyiqlər də, manevrlar da olacaq. Prosesin isə necə cərəyan etməsindən asılı olmayaraq qaytarılma mütləq baş tutacaq. Paşinyan prosesləri düzgün idarə edib, tənzimləyə bilsə sakit, olmasa məsələ "səsli-küylü" həllini tapacaq. Ox yaydan çıxıb, bundan sonrakı proseslər milli təhlükəsizlik məsələsidir ki, Paşinyan da bunu səsləndirdi. İnqilabın olacağını düşünmürəm, inqilab dörd kəndin qaytarılmasına deyil, başqa xarici amillərə bağlıdır. Hər halda bu arqumenti teoriya deyil, Ermənistan, Paşinyan və digər "case"lər sübut edir". 

Oğuz 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Hamısı