Tokayev: Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Siyasət 10:20 10.03.2024

Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir.

 

Ednews.net xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

 

"Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir. Fürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm. Səsvermənin nəticələri Azərbaycan liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi. 2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim ölkə başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu. Müasir Qazaxıstan-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir", - Tokayev vurğulayıb.

 

"Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli iş həyata keçirilir. Ənənəvi qarşılıqlı fəaliyyət mexanizmləri ilə yanaşı, Qazaxıstan-Azərbaycan Ekspert Şurası, Azərbaycan-Qazaxıstan İşgüzar Şurası yaradılıb və fəaliyyət göstərir. Bakıya səfərim çərçivəsində Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası işə başlayacaq və biz onun ilk iclasını keçirəcəyik. Normativ-hüquqi baza tədricən genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Qarşıdan gələn səfərim zamanı növbəti mühüm sənədlər paketi imzalanması üçün hazırlanır. Təbii ki, bu, qarşılıqlı fəaliyyətimizə yeni təkan verəcək. 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) artıb. Bu, parlaq dinamikadır və biz dövriyyə həcminin artırılmasını davam etdirməyi planlaşdırırıq. Bizim portfoliomuza həm ölkələrimiz, həmçinin bütün region üçün vacib olan bir sıra layihələr daxildir. Buraya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünü aid etmək olar. Bir sıra birgə təşəbbüslər ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və turist axınının artırılmasına hədəflənib. Ümumi məqsədimiz Qazaxıstanla Azərbaycan arasında həqiqətən də güclü həm strateji, həm də müttəfiqlik əlaqələri yaratmaqdır. Əminəm ki, birgə səylərlə bu məqsədə nail olacağıq", - Qazaxıstan Prezidenti qeyd edib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

AƏOK Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyasında iştirak etdi
14:31 20.05.2025
Robotlar insanı anlamağa başlayır
12:46 20.05.2025
"Azərbaycan davamlı sülh konstruktiv səylərini qətiyyətlə davam etdirir"
12:43 20.05.2025
Dini Komitənin sədri Qazaxda dini ibadətgahlarla tanış olub
12:24 20.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 20.05.2025
ÜST Pandemiya Sazişini qəbul etdi
12:17 20.05.2025
Şavkat Mirziyoyev Azərbaycanla müttəfiqlik müqaviləsini ratifikasiya edib
12:12 20.05.2025
Putin və Tramp arasında telefon danışığı: Hansı mühüm nəticə əldə olundu?
12:07 20.05.2025
Qanunvericiliyə yeni maddə əlavə olunur
12:02 20.05.2025
Ombudsman: ''Gənclərimiz hüquqi şüurun formalaşmasında mühüm rol oynayırlar''
11:56 20.05.2025
Astronomlar Mars səthindəki zolaqların su axını ilə əlaqəli olmadığı qənaətinə gəlib
11:54 20.05.2025
Azərbaycan Astanada keçirilən beynəlxalq forumda təmsil olunur
11:51 20.05.2025
Milli Məclisin nümayəndə heyəti Madriddə Prado muzeyində olub
11:47 20.05.2025
Azərbaycan Turizm Bürosu və Wego ilə əməkdaşlığı gücləndirir
11:47 20.05.2025
Vyetnam Baş Prokurorluğunun Nümayəndə Heyəti Bakıya gəlir
11:38 20.05.2025
Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq konqresdə məruzə edib
11:34 20.05.2025
Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə İclası keçirilir
11:24 20.05.2025
Azərbaycan: Türkiyə–İsrail münasibətlərində diplomatik körpü
11:21 20.05.2025
Azərbaycan-İsrail müdafiə əməkdaşlığı güclənir
11:17 20.05.2025
" Hüquqi dövlət qurulmasında gənclərin fəal iştirakını vacib hesab edir və dəstəkləyirik"
11:10 20.05.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
11:06 20.05.2025
ÜST səsverməyə çıxarılan qlobal Pandemiya Sazişini “tarixi addım” adlandırıb
11:03 20.05.2025
İ.Əliyev: Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarındandır
10:59 20.05.2025
Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
10:54 20.05.2025
Ölkədə müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələb qoyulur
10:50 20.05.2025
Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivlərini müzakirə ediblər
10:45 20.05.2025
Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
10:42 20.05.2025
Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilir
10:39 20.05.2025
“H.Əliyev kuboku-2025”: Oğlanların yarışında yarımfinalçılar, qızlarda finalçılar bəlli olub
10:36 20.05.2025
Azərbaycanda rəqəmsal transformasiya və innovasiyalar üzrə forum keçiriləcək
10:32 20.05.2025
Kayrat Sarıbay: “Azərbaycanda Qadınlar Şurasının yaradılmasını tərəfdarıyıq''
10:31 20.05.2025
Emin Əmrullayev Londonda keçirilən 21-ci Dünya Təhsil Forumunda iştirak edir
10:28 20.05.2025
Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
10:23 20.05.2025
Prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır
10:18 20.05.2025
Azərbaycanlılara qarşı Ermənistanın sistematik etnik təmizləmə siyasəti ifşa edilib
10:15 20.05.2025
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
10:11 20.05.2025
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir
10:07 20.05.2025
İlham Əliyev: Azad edilmiş torpaqların sülh məkanına çevrilməsi əsas hədəfimizdir
10:04 20.05.2025
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
09:51 20.05.2025
AMQF 1 illik fəaliyyətinə dair ictimai hesabat verib
16:41 19.05.2025
Hamısı