Suriyanın paytaxtı Dəməşqdə naməlum səbəblərdən irimiqyaslı elektrik kəsilməsi qeydə alınıb.
“EDnews” xəbər verir ki , bu barədə “Sham TV” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Dəməşqin əksər hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
Suriya hakimiyyəti gözlənilməz elektrik kəsilməsinə nəyin səbəb olduğu - sistemin nasazlığı və ya təxribatla bağlı hələ heç bir açıqlama verməyib.
Fatimə Mərdanlı//EDnews