Qəzzada Tibb İşçilərinin Qətli: Beynəlxalq Humanitar Hüququn Pozulması

Yaxın Şərq 18:23 31.03.2025

Qırmızı Xaç, Qəzzada səkkiz tibb işçisinin öldürülməsi ilə bağlı dərin şok və dəhşət hissi keçirir.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC), cənubi Qəzza, Rafahda işləyən səkkiz tibb işçisinin öldürülməsindən dəhşətə gəldiyini bildirib. 23 martda, əl-Həşşahində bu tibb işçilərinə atəş açılıb. IFRC-nin məlumatına görə, cəsədləri yalnız bazar günü çıxarıla bilib, çünki bir həftə ərzində həmin əraziyə daxil olmaq qadağan edilmişdi. Həmçinin, bir tibb işçisinin cəsədi hələ də tapılmır.

Fələstin Qırmızı Aypara Cəmiyyəti (PRCS) öz işçilərinin cəsədlərinin, Qəzzada Hamasın nəzarət etdiyi mülki müdafiə agentliyinin altı üzvü və bir BMT işçisi ilə birgə tapıldığını açıqlayıb. Lakin, karvanın kim tərəfindən atəşə tutulduğuna dair hər hansı bir məlumat verməyiblər. Hamas, bu hücumu İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən həyata keçirildiyini iddia edib. BBC isə, bu məsələyə dair İsrail Müdafiə Qüvvələrindən rəsmi açıqlama almağa çalışıb.

Bazar günü IFRC-nin yaydığı bəyanatda,səkkiz cəsədin tapıldığı bildirilir. Təşkilat, həyatını itirənlərin təcili yardım işçiləri Mustafa Xufaqa, Saleh Muamer və Ezzedine Şat həmçinin birinci yardım könüllüləri Muhammed Bahlul,Muhammed al-Heila, Aşraf Abu Lab, Red al-Şarif və Rifat Radvan olduğunu açıqlayıb. Bundan əlavə, təcili yardım işçisi Asad Al-Nassasranın hələ də itkin olduğu bildirilib.
“Təcili yardım işçiləri yaralı insanlara kömək edirdilər. Onlar öz missiyalarını yerinə yetirirdilər,” deyə IFRC-nin Baş Katibi Caqan Şampaqin bildirib.

“Təcili yardım maşınları açıq şəkildə işarələnmişdi.Ən mürəkkəb münaqişə zonalarında belə təcili yardımlar var. Beynəlxalq Humanitar Hüquqda bildirilir ki,mülki şəxslər, humanitar işçilər qorunmalı və sağlamlıq xidmətləri toxunulmaz olmalıdır.”
IDF, Qırmızı Xaç və Qırmızı Aypara təşkilatlarından hələ də açıqlama gəlməyib.

AFP xəbər agentliyi isə şənbə günü İsrail hərbçilərinin cənubi Qəzzada təcili yardım maşınlarına atəş açdıqlarını bildirib.
İsrail ordusu, “şübhəli vasitə” olaraq tanınan təcili yardım maşınlarına atəş açdıqlarını açıqlayıb. Ordunun məlumatına görə, bu əməliyyat nəticəsində bir neçə Hamas üzvü məhv edilib. Hərbçilər, bir neçə dəqiqə sonra digər şübhəli vasitələrin hərəkət etməsi səbəbilə, həmin vasitələrə də atəş açıldığını və bunun nəticəsində bir neçə Hamas və İslam Cihad terrorçusunun öldürüldüyünü bildirib. Ordunun bəyanatında həmçinin, Qəzzadakı terror təşkilatlarının təcili yardım və yanğınsöndürən maşınlarını daim terror məqsədləri üçün istifadə etdikləri vurğulanıb.

Hamasın yüksək vəzifəli rəsmisi Basem Naim, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumu qəti şəkildə pisləyib. O, cəsədlərin hədəf alınmasının beynəlxalq humanitar hüquqla qorunan  pozuntu olduğunu və bunun Cenevrə Konvensiyalarını açıq şəkildə pozan müharibə cinayəti olduğunu bildirib. İsrail, 18 martda Qəzzadakı hərbi əməliyyatları yenidən bərpa edib. Yanvarda başlayan atəşkəs müqaviləsindən sonra ikinci mərhələnin danışıqları pozulmuşdu. Bu dövr ərzində, İsrailin hücumları nəticəsində Qəzzada 900-dən çox insanın həyatını itirdiyi, Hamasın rəhbərlik etdiyi sağlamlıq nazirliyi tərəfindən açıqlanıb.

7 oktyabr 2023-cü ildə Hamasın cənubi İsraili hücuma məruz qoyması nəticəsində təxminən 1200 nəfər həyatını itirdi və 251 nəfər əsir götürüldü. İsrail bu hücuma cavab olaraq böyük hərbi əməliyyat başlatdı və bu əməliyyat nəticəsində 50000-dən çox fələstinli həyatını itirdi, deyə Qəzzanın Hamas tərəfindən idarə olunan sağlamlıq nazirliyi məlumat verib.

Mədinə Məmmədova//EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı