"Xərçənglə mübarizədə cəmiyyətin dəstəyi vacibdir"

Müsahibələr 17:11 11.03.2025

Xərçənglə mübarizə, dünyanın ən ciddi sağlamlıq problemlərindən biridir. Hər il milyonlarla insan bu xəstəliklə mübarizə aparır. Erkən diaqnoz, doğru müalicə və psixoloji dəstək bu mübarizədə böyük rol oynayır. Xərçəngə qarşı mübarizə təkcə həkimlərin deyil, hər birimizin məsuliyyətidir. Sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm yoxlamalar xərçəngin qarşısını almaqda mühüm amillərdir. Bu mübarizədə həm fərdi yanaşma, həm də cəmiyyətin dəstəyi vacibdir.

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin ailə həkimi, “check up” üzrə mütəxəssisi Dr. Fərəh Məmmədova Xərçəng xəstəliyindən danışıb.

 Oxucuların marağını nəzərə alaraq həmin müsahibəni təqdim edirik:

- Fərəh xanım, xərçənglə mübarizə hər il olduğu kimi bu il də səhiyyənin aktual problemlərindən biridir. Bu haqda nə deyə bilərsiniz?

- Xərçəng xəstəliyi həyati təhlükə törədən risklərə görə ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir və hər il açıqlanan statistik göstəricilər bu xəstəliklə mübarizənin zəruriliyini bir daha vurğulayır.

Xərçəng normal bədən hüceyrələrinin mutasiyası və anormal hüceyrələrin nəzarətsiz böyüməsi və yayılması ilə xarakterizə olunan xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə; Kişilərdə ağciyər, prostat, kolorektal, mədə, qaraciyər və mədəaltı vəzi xərçəngləri, qadınlarda isə ən çox rast gəlinən xərçəng növləri süd vəzi, bağırsaq, ağciyər, mədəaltı vəzi, mədə, qalxanabənzər vəzi və uşaqlıq yolu xərçəngləridir. Bu gün piylənmə, şəkərli diabet və xərçəng kimi qeyri-infeksion xəstəliklər bütün dünyada əsas ictimai sağlamlıq problemlərindən biridir. İstər artan xəstələnmə və ölüm nisbətləri, yüksək müalicə xərcləri və təhlükəli təsirləri ilə xərçəng ciddi bir vəziyyətə çevrilir. Bu səbəbdən bu xəstəliklə mübarizə tədbirlərinin şüurlu planlaşdırılması və profilaktik sağlamlıq siyasətlərinin müəyyən edilməsi çox vacibdir.

-  Hansı müayinə və ya testlər xərçəngi aşkar etməyə kömək edir?

- Xərçəngin erkən mərhələdə aşkarlanması xərçəng müalicəsinin müvəffəqiyyətini artırır. Erkən diaqnoz üçün, şəxsin heç bir şikayəti olmasa belə, illik check up müayinələrin və yaşa və risk faktorlarına uyğun skrininq testlərin aparılması vacibdir. Məsələn, uşaqlıq boynu xərçənginin erkən diaqnostikası üçün qadınlar mütəmadi olaraq Pap-smear testləri və digər skrininq testlərindən keçməlidirlər; döş xərçənginin erkən aşkarlanması üçün 40 yaşa qədər süd vəzilərinin öz-özünə müayinəsi və süd vəzisinin kliniki müayinəsi və 40 yaşdan sonra isə mammoqrafiya aparılması vacibdir. Həm qadınlar, həm də kişilər üçün yo]un bağırsaq xərçənginin erkən diaqnozu üçün nəcisdə gizli qan testi, kolonoskopiya və kolon rentgenoqrafiyası, prostat xərçənginin erkən diaqnozu üçün kişilərə PSA və rektal müayinə tövsiyə olunur.

- Bəzən insanlar qorxaraq ,“həklimə getsəm nəsə tapacaq” fikri ilə müayinələrdən yayınır. Bu haqda fikriniz nədir?

- Çox tez-tez rastladığımız vəziyyətdir. Əsla belə deyil. Məlumatlı olmaq həmişə vacibdir. Ona görə də sizin kimi mətbuatın, nəşrlərin dəstəyi çox böyükdür. Fərqinə varmaq və maariflənmək- Xərçəng nədir, kimlərdə ola bilər? Qorunmaq üçün nə etmək lazımdır? Bu haqda xəstələrlə daima söhbət aparırıq. Şübhə etdiyimiz hər şey xərçəng ola bilməz. Həmişə qorxmaq əvəzinə öyrənmək daha önəmlidir- xərçəngdirsə, xərçəngdir, deyilsə, yox. Erkən diaqnoz olduqda, bir çox xərçəng növlərində müvəffəqiyyət nisbəti artmış olur, qalxanabənzər vəzi xərçəngi, prostat vəzi xərçəngi və süd vəzi xərçəngi üçün müalicə nisbətləri hətta 100% təşkil edir.

- Xərçəng genetik xəstəlikdirmi?

- Xərçəng genetik xəstəlik hesab olunur. Ancaq xərçəng iki qrupa bölünür: Xərçənglərin əksəriyyəti siqaret, müəyyən kimyəvi maddələrə məruz qalma, müəyyən virusların və ya qidalanma vərdişlərinin səbəb olduğu infeksiyalar, narahatlıq və stress kimi xarici amillərlə normal genetik quruluşun birdən-birə pozulduğu zaman meydana gəlir. Təsadüfən meydana gələn bu xərçəng qrupu bütün xərçənglərin 90-95% ni təşkil edir. İkinci qrup irsi xərçənglərdir. Bu qrupda xəstəliyin ortaya çıxmasında ailədən miras alınan genlər təsirli olur.

Genetik testlər xərçəngin erkən diaqnozunda və fərdi müalicə yanaşmalarının müəyyən edilməsində mühüm vasitədir. Bu testlər bir insanın xərçəngə tutulma riskini təyin etməkdə faydalı ola bilər, xüsusən də ailəsində xərçəng xəstəliyi olan insanlar üçün. Bu məlumat erkən müdaxiləyə və fərdi müalicə planlarının yaradılmasına imkan verir. Bu, müalicənin müvəffəqiyyətini artıra və sağ qalma şansını artıra bilər.

- Düşünürəm ki, xərçəngdə yaş faktoru önəmlidir. Xərçəng yetkinlərdə, uşaqlarda və yaşlılarda necə inkişaf edir?

- Xərçəng hər yaşda baş verə bilər. Ancaq müəyyən dövrlərdə artır. Cəmiyyət yaşlandıqca insan yaşlandıqca xərçəngə tutulma ehtimalı artır. Amma bu o demək deyil ki, 25 yaşında xərçəng görünə bilməz. Uşaq xərçəngləri müxtəlifdir- belə xəstəliklərin bir qrupu irsiyyətlə bağlı baş verir, bir qrupu isə zamanla inkişaf edə bilər.

Təəssüf ki, qocalma prosesinin qarşısını ala bilmirik. Ancaq bunun xərçəng riskini necə artırdığını bilmək vacib bir başlanğıcdır. Məsələn, siqaret çəkmə, həddindən artıq spirt istehlakı və yaşlanmanın xərçəng riskini artıran oxşar mexanizmlər vasitəsilə işlədiyini bilmək vacibdir. Yaşla riski artan xərçəng növlərinə ən yaxşı nümunələr kolorektal, süd vəzi, prostat, ağciyər və uşaqlıq boynu xərçəngləridir.

Yaşlanma birdən baş vermir və hər kəs xərçəngə tutulmur. Bununla belə, bədənimizdən xəbərdar olmaq, anormal və davamlı dəyişiklikləri görmək və azaltmaq səlahiyyətimizdə olan risk faktorlarını nəzərə almaq yaşlandıqca daha da vacib ola bilər. Normal olmayan və keçməyən hər hansı bir fiziki dəyişiklik hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

- Əlavə etmək istədikləriniz varmı?

- İnanırıq ki, diaqnostik üsullardakı irəliləyişlər və maarifləndirmə, aparılan skrininq proqramları sayəsində xərçəngin bütün növləri yaxın gələcəkdə daha erkən mərhələlərdə aşkar ediləcək. Bu, şübhəsiz ki, sağalma şansını artıracaq. Nanotexnoloji metodların inkişafı ilə paralel olaraq yenidən qurulmuş və ya yeni kəşf edilən dərmanların canlı hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrinə yönəldilməsi xərçəngin müalicəsi strategiyalarında çox mühüm addımdır və bu sahədə yeniliklər davam edir. Ən vacib addım isə rutin sağlamlıq müayinələrindən keçmək və bu yoxlamaların yaşa və risk qrupuna görə aparılmasıdır.

Mənbə: Modern.az

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı