Autizm haqqında nələri bilirik? -MÜSAHİBƏ

Müsahibələr 15:25 08.01.2025

Autizm müasir dövrümüzdə daha çox diqqət çəkən, fərqli yanaşmaları və dərindən öyrənilməyə ehtiyac duyulan bir sindromdur. Bu, əsasən insanın sosial qarşılıqlı əlaqələrində, ünsiyyət bacarıqlarında və davranış nümunələrində fərqliliklərlə xarakterizə olunur. Ümumiyyətlə, "autizm spektr pozuntusu" (ASP) kimi adlandırılan bu vəziyyət fərqli səviyyələrdə və formalarla özünü büruzə verir. Autizmə sahib insanlar dünyaya fərqli bir pəncərədən baxır və onların baxışları bəzən ətrafdakı insanlar üçün anlaşılmaz görünür.

Son zamanlar autizm ətrafındakı müzakirələrin aktivləşməsini nəzərə alaraq  mövzu ilə bağlı psixoloq Samirə Bağırovanın KONKRET.az -a verdiyi  müsahibəni oxuculara təqdim edirik.

 -Samirə xanım, autizm əməlli-başlı sosial bəlaya çevrilib. Günü-gündən artan autizm nədir və  valideynlər bunu necə müəyyən edə bilərlər?

-Autizm spektor pozuntuları adətən 2,5 – 3 yaşlarından, uşaq nevropotoloqu tərəfindən aşkarlanır. Amma gənc valideyn bir az diqqətli davransa, lap 12 – 18 aylığından da aşkarlamaq mümkündür. Zamanında aşkarlanmadıqda, daha doğrusu valideyn soyuqluğu, yaxud təcrübəsizliyi nəticəsində gec yaşlarda aşkarlandıqda, 7-9 yaşlarında autizmlə çalışmaq, müəyyən bilik və bacarıqları inkişaf etdirmək bir qədər çətinləşir. Autizmin yaranma və yayılma səbəbi hələ də tam məlum deyil. Bir çoxları buna peyvəndlərin səbəb olduğunu desə də, peyvənd olunmayan uşaqlarda da autizm sindromu  ortaya çıxır. Bəzi alimlər isə mobil telefonların yaydığı şüaların, radiasiyaların səbəb olduğunu vurğulayır. Digər bir qism isə ananın çətin hamiləliyini, qəbul olunan dərman preparatlarını, keçirdiyi infeksional xəstəlikləri, hətta qidaları və ekologiyanı da səbəb gətirir.

-Autizmin əlamətləri müxtəlifdir. Məsələn, uşaq öz adına reaksiya vermir, mən əvəzliyindən  istifadə etmir. Daha hansı əlamətlər mövcuddur?

– Burada çoxlu incəliklər var və bunu diqqətdə saxlamaq lazımdır. Göz təmasının olmaması, eyni qidalara üstünlük, təkrarlanan obsessiv davranışlar, iyrənmə, isterik davranış ( qışqırma, özünü yerə atmaq), şəxsi istək və fikrinin olmaması, saatlarla eyni oyuncaqla oynamaq və sair. Nəzərə alın ki, uşaq bir oyuncaqla maksimum yarım saat oynayıb digər oyuncağa keçid etməlidir.
Digər incəlilklər də nəzərdən qaçmamalıdır. Uşağın rənglərdə ilişib qalması, telefon yaxud tv- də göstərilən hər hansısa təsvirlərin rənglərində fokuslanıb qalması da autizmin əlamətidir. Valideyn düşünə bilər ki, uşaq hər hansısa cizgi filmi, yaxud proqramı maraqla izləyir, əslində isə autist uşaq izlədiyi təsvirlərdən heç nə anlamadan, sadəcə  rəngləri seyr etməkdən zövq alır.  Uzun müddət dairəvi və ya fırlanan predmetlərə fokuslanma halları ( saat, təkər, dairə fiqurları) da autizminin əlamətləridir. Dayandığı yerdə dairəvi fırlanma, təkliyə meyillilik, sosiallaşmaqda çətinlik çəkməsinə də, valideyn fikir verməlidir. Motorika zəifliyi və səlis nitqin olmaması, yaxud ümumiyyətlə nitqin olmaması da autizm əlaməti hesab olunur.

-Bu cür uşaqların cəmiyyətə adaptasiya olunması bir qədər çətindir. Autizmdən əziyyət çəkən uşaqlar adətən aqressiv, eyni zamanda həssas  olurlar.  Autistlərin cəmiyyətə adaptasiyası mümkündürmü? 

-Bu sindrom nə qədər tez yaşda aşkarlanarsa, mütəxəssislərin dəstəyi ilə  uşağın əz azından sosiallaşması, cəmiyyətə adaptəsi mümkün olur. Əslində uşağın intellektinə uyğun xüsusi təhsil seçilməlidir. Belə ki, autizm sindromlu uşaqlar xüsusi diqqət və qayğı tələb edirlər. Autizmin daha yüngül forması asperger adlanır. Belə ki, bəzi hallarda  onlar sosial kommunukasiya defisitinə malik olsalar da, mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar.
-Bəzi tarixi şəxsiyyətlər autizmin müxtəlif sindromlarından əziyyət çəkiblər. Dünya şöhrətli İssak Nyuton, məhşur yazıçı Kafka, Qoqol, ölməz musiqiçi Motsartın da autizmdən əziyyət çəkdiyi bəllidir. Bu keyfiyyətlər təkcə asperger sindomlu autistlərə  aiddir?

– Asperger sindromu ilə Albert Eynşteyn, İlon Mask və siz qeyd etdiyiniz  dahiləri də misal çəkmək mümkündür. Onların bilik və bacarıqları məhdud olaraq, konkret bir sahəyə yönəlir. Normalda bir insan musiqi dinləyərək, telefonla danışa, yaxud yemək hazırlaya, mütaliə edə  bildiyi halda, asperger sindromlular yalnız bir işə fokuslanır. Onlar diqqətini bir işə cəmlədikdə kimsəni duymur, reaksiya vermir. Diqqətə aldığı işin ən mükəmməlini yaradır. Önəmli olan valideyn uşaq yaşlardan uşağın şəxsi istedadını, hər hansısa bacarığını diqqətə almalı və məhz o bacarığını inkişaf etdirməlidir. Bir çox hallarda rəqəmlərə, saylara meyilli olduqlarından İT sahəsində çox uğurlu addımları olur. Eləcə də yaradıcılığa meyillidirlər.
-Autizmdən əziyyət çəkən uşaqlarda yeri gəldi-gəlmədi qorxu müşahidə olunur. Bu nəylə bağlıdır?

 Autizmlərdə apatiya, yəni vecsizlik, ətrafa reaksiya verməmək səbəbi beyin kökündə amiqdala adlanan  vəzdə səbəbsiz həyəcan siqnalının yaranması və qorxu hissinin hədsiz yüksək səviyyədə olmasıdır.  Qorxudan başını itirmək ,  qorxudan lal olmaq  kimi cümlələr və ya hisslər  yəqin ki, hər birinizə tanışdır. Məhz autizm birinin o halda olmasıdır. Qorxu güc gəldiyi təqdirdə instinkt zəifləyir, müdafiə mexanizmi itir.
-Bu gün autizm xəstələri qədər autizm mərkəzlərinin sayı da çoxalıb. Əlinə sertifikat keçirən dərhal autizm mərkəzi açır və sanki cəmiyyətin həssas yerini tuta bilirlər.

-Bunların çoxu  sadəcə pul qazanmaq məqsədi ilə çalışır. Demək olar ki, bütün mərkəzlər eyni proqramlarla fəaliyyət göstərir. Bir autizm uşaqla peşəkar psixoloq, defektoloq loqoped, bəzi hallarda refleksoterapevt məşğul olur. Deməli, 3 mütəxəssisin çalışması yetərlidir.

– Son vaxtlar autizmli uşaqların sayı çoxalıb. Alimlər bunu müxtəlif cür izah edirlər. Hətta onları yeni növ insanlar adlandıranlar da var. Siz necə fikirləşirdiniz?

– Mənim də şəxsi fikrimə görə autizm yeni növ insanlardır. Bunun son illərdə daha çox artmasının bir səbəbi olmalıdır. Tamamilə fərqli bir mövqedən baxış etsək görəcəyik ki, autist uşaqlar əsasən 7  rəngə meyl edir. Onalrın mənəm- mənəmlikdən kənar olmasını, dairələrdə  dövrə vurmasını  Nirvana ilə müqayisə edək. Nirvana- arzulardan, iztirablardan, eqodan azad olmaq, şüur axınlarının sakitləşdirdiyi vəziyyətdir. Sufilikdə səmavi, ya səma rəqsinə baxsaq, autist kimi yerində dairəvi fırlandığını görəcəyik. Bu rəqs bir  növ mənəvi transa girməkdir. Rənglərə gəldikdə isə təbiətdə əslində 7 rəngin mövcudluğunu bilirik. Uzun illər yoqa və meditasiya ilə məşqul olan ruhanilər, yaxud dağlara çəkilən “ oyanmışlar “ bütün duyğulara qalib gəlmək, mənəvi dünyaya açılmaq üçün, cəmiyyətdən tədric olunurlar, autistlər kimi eyni qida ilə qidalanırlar. Onlar günlərlə, aylarla susqun vəziyyətdə transda qala bilirlər. Qısası sağlam bir insan mənəvi dünyaya açılmaq, gizli biliklərini oyatmaq üçün, autizm vəziyyətinə gəlir, cəmiyyət isə autizm birinə  mən deməyi, eqo yaratmağa  çalışır. Bu səbəbdən deyə bilərəm ki, autizmlər sağlam bildiyimiz insanlardan daha üst növ insanlardır. Çünki alimlər sübut ediblər ki, beyin şüurun rolu olmadan belə, bəzən özü- özündən qərarlar verə bilir. Əgər autizm  qorxu hissindən apatiya halındadırsa, demək ki, birbaşa beynin əmrinə tabedir. Bu səbəbdən autizm uşaqlara standart uşaqlar kimi deyil, tamamilə fərqli tərzdə yanaşma olmalıdır. Elmdə “ Ali mən “,  “ yüksək öz “ termini də mənəvi dünya deməkdir. Autizmlərlə əlavə olaraq, mənəvi metodlarla çalışılsa heç bir ziyanı olmaz.

Müsahibəni hazırladı: Vəli Həsənoğlu

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı