Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilən Varis: "Azərbaycan yazıçıları bütün faydalardan yararlana biləcəklər" - MÜSAHİBƏ

Müsahibələr 10:00 23.05.2024

Xəbər verdiyimiz kimi, Ümumdünya Yazıçılar Təşkilatının onlayn keçirilən iclasında Azərbaycan yazıçısı Varis Yolçiyev qurumun 5 bölməsindən birinin Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilib.

Ednews yazıçı Varis Yolçiyevlə bu barədə müsahibə edib. 

- Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən iclasında qurumun 5 bölməsindən birinin Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçildiniz. Bu münasibətlə sizi təbrik edirik. Xəbərlə bağlı təəssüratınız necədir?

- Təşəkkür edirəm, Oğuz bəy. Gələcək türkçülüyün, turançılığın gələcəyi olacaq, bunu sövqi-təbii hiss edirəm. Elə bunu hamı hiss edir. 

Qeyd edim ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada, Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazandı və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradıldı. Təbii ki, bölməyə rəhbərliyin məhz mənə həvalə edilməsindən hədsiz qürur duyuram. Bu çox şərəfli, həm də böyük məsuliyyətli bir iş olacaq. 

- Fəaliyyətiniz hansı istiqamətlərdə olacaq? Bu barədə məlumat verərsiniz...

- Türk dövlətləri və türkdilli xalqlar bölməsi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanı, eləcə də Rusiya (tatarlar, çuvaşlar, başqırdlar, yakutlar), Çin (uyqurlar), İraq (kərküklər), İran (azərbaycanlılar), Kipr (türklər), Ukrayna (Krım tatarları) və s. ölkələrdə yaşayan türkdilli toplumları əhatə edir. İlk növbədə vahid koordinasiya mərkəzi yaradılacaq, bölmənin əhatə etdiyi hər bir subyektdə təmsilçilər təyin ediləcək. Bölmə onlayn ədəbiyyat axşamlarında, antologiyalarda, seriya kitablarında, müsabiqə və festivallarda türkdilli yazarların iştirakını təmin edəcək. Ali məqsəd türk dünyası ədəbiyyatını dünyada daha yaxşı tanıtmaq, ən istedadlı türkdilli yazarlar üçün promokşn təşkil etmək, yazarların maddi vəziyyətlərini yüksəltmək üçün onların dünya üzrə nəşriyyat hesabına çap olunub qonorar qazanmalarına dəstək olmaqdır. Nəzərə alaq ki, Ümumdünya Yazıçılar Təşkilatının oturuşmuş digər dörd strukturundan fərqli olaraq türk dilli ədəbiyyat strukturu tam yeni yaranır, hələ bir müddət formalaşma prosesi gedəcək. 

- Azərbaycan yazıçıları üçün hansısa yeniliklər olacaq?

- Azərbaycan yazıçıları təşkilatın verə biləcəyi bütün faydalardan yararlana biləcəklər. Yuxarıda sadaladığım sahələrdə özünü göstərmək üçün hər bir tanınmış yazıçımıza, istedadlı gənc yazarımıza münbit şərait yaradılacaq. 

- Qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalının hazırlıq mərhələsi ilə bağlı hansı müzakirələr aparılıb?

- Konqresi keçirmək üçün həm Əbu-Dabi, həm də Dubay əmirlikləri namizəddir, seçim konqres ərəfəsi olacaq. Konqresdə iştirak üçün qitələr üzrə namizəd sayları müzakirə edildi. Təşkilatın vahid media şəbəkəsinin iş mexanizminin təkmilləşdirilməsi də gündəlikdə dayanan əsas məsələlərdən idi. 

Təbii ki, BMT-nin patronajlığı altında keçirilən Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalı əsas müzakirə obyekti oldu. 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti festivalda yenə də poeziya və nəsr üzrə qaliblər müəyyənləşəcək. Bu dəfə seçim turu həm də türk dilində olacaq. Əvvəlki festivallarda seçim turlarına türk dünyası yazarları yalnız ingilis dilində qoşula bilirdilər. İstisna hal yalnız o idi ki, postsovet ölkələri müsabiqəyə rus dili ilə də qatıla bilirdilər. İndisə türk dili iştirak üçün əlavə stimul verəcək. 

Və böyük əminliklə deyirəm ki, böyük ədəbiyyatı, nüfuzlu yazarları olan Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan böyük uğurlara imza ata biləcək.

Söhbətləşdi: Oğuz Ayvaz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
Hamısı