ABŞ-da Google istifadəçilərindən biri kosmik peyk vasitəsilə Antraktidanı araşdırarkən böyük hərbi gəmiyə bənzəyən buz parçası ilə “rastlaşıb”. Tapıntısını “Youtube” platforması vasitəsilə yayımlayan istifadəçinin rəylərində bir çox insan bu gəminin Hitler Almaniyasına aid olduğunu iddia ediblər.
Xatırladaq ki, Hitler Almaniyasının Antraktidada hərbi baza qurduğu haqda iddia 1950-ci illərdə də var idi.