"Fənərbaxça" Futbol Klubunun Baş Məşqçisi Xose Mourinyo "Sportbible" nəşrinə açıqlamasında öz məşqçilik karyerasından məmnun olduğunu ifadə edib:
"Ümumən karyeramdan peşman deyiləm, amma bəzi fenomenal oyunçular var ki, onlara məşqçilik edə bilmədim. Məsələn, mən heç vaxt Messini çalışdıra bilməzdim. Amma ona heç kim məşqçilik edə bilməz. Ona nələrisə öyrətməyi düşünmək cəfəngiyyatdır. Çünki, onsuz da hər şeyi çox gözəl bilir”.
Mourinyo bildirib ki, Mbappe hazırda dünyanın ən yaxşı oyunçusu olmasa da, transfer dəyəri yaxşıdır. Həmçinin, Mourinyo futbol tarixinin ən yaxşı üç oyunçusu olaraq Pele, Maradona və Messini seçib. Xosenin keçmiş oyunçusu Kriştianu Ronaldunu bu siyahıya salmamağı diqqəti cəlb edib.