Yakutiyanın Aldan rayonunda minik avtomobili və yük maşınının toqquşması nəticəsində yol qəzası baş verib. Minik avtomobilindəki beş sərnişin həlak olub.
“EDnews” xəbər verir ki , bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Toyota Prius” və "KamAZ" markalı avtomobillər toqquşub. Yük maşınının sürücüsü xəsarət almayıb.
Məlumata görə, hadisə yerində təcili xidmətlər işləyir. Qəza yerinə 15 mütəxəssis və beş texnika cəlb edilib. Magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.
Fatimə Mərdanlı // EDnews