Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.
“EDnews” xəbər verir ki , Onlardan altısı xəstəxanaya yerləşdirilib.
Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.
Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Fatimə Mərdanlı//EDnews