Bu gün səhər saatlarında Zəngəzur rayonunda Rusiya sərhədçilərinə məxsus UAZ avtomobil yoldan çıxaraq, 40 metr dərinlikdəki dərəyə aşıb.
“EDnews” xəbər verir ki ,Ermənistan DİN hadisənin Mehri-Nüvədi yolunun 27-ci km-də baş verdiyini bildirib.
Nəticədə rus sərhədçilərdən biri ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fatimə Mərdanlı//EDnews