"Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxsə hökm oxunub

Hadisə 09:01 25.12.2024

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

"EDnews" APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Elşən Hüseynovun törətdiyi cinayətdə təqsirli bilinərək 20 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin cəzasının daha az təyin edilməsini xahiş edib.

Elşən Hüseynov son sözündə vəkilinin dedikləri ilə razılaşdığını bildirib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Elşən Hüseynov 18 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən də Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova DTX tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
Hamısı