Ərdoğan Bakı Enerji Həftəsinin açılışına mesaj göndərdi: “Əməkdaşlığımız Avropaya uzanır”

Xarici siyasət 12:16 02.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına təbrik mesajı ünvanlayıb.

EDnews xəbər verir ki, prezidentin mesajını tədbirdə iştirak edən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Mesajda Ərdoğan Türkiyə ilə Azərbaycanın “əbədi qardaşlıq” üzərində qurulan münasibətlərinin enerji sahəsində də qətiyyətlə davam etdiyini vurğulayıb:

“Son illərdə baş verən qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və TANAP kimi infrastruktur yatırımları bu əməkdaşlığın təkcə iki ölkə üçün deyil, bütövlükdə region və Avropa üçün də mühüm töhfələr verdiyini sübut edir”.
Prezident, mart ayında istifadəyə verilmiş İğdır-Naxçıvan qaz kəmərini də əməkdaşlığın yeni və strateji nümunəsi kimi dəyərləndirib:

“Bu xətt Naxçıvanın enerji təchizatının təhlükəsizliyini artırıb və bizi bir daha birləşdirib. Türkiyə-Azərbaycan arasında elektrik bağlantısının gücləndirilməsi də önəmli layihələrdəndir”.
Ərdoğan həmçinin elektrik enerjisi mübadiləsi məsələsində Türkiyə-Naxçıvan və Türkiyə-Gürcüstan arasında əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyini qeyd edib. O, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında imzalanmış “yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayıb:

“Bu layihə regionun enerji təhlükəsizliyi və rifahı baxımından tarixi əhəmiyyət daşıyır”.
Ərdoğan Azərbaycanın təbii qaz ixracı sahəsindəki strateji roluna da diqqət çəkib və bu kontekstdə Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqlinin regional rifaha və enerji marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyini bildirib.

Sonda Prezident Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına uğurlar arzulayaraq tədbirin təşkilində əməyi olanlara təşəkkür edib:

“Keçən həftə Laçında bir araya gəldiyimiz qardaşım Prezident İlham Əliyevi və bütün iştirakçıları ən səmimi hisslərimlə salamlayıram”.

Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Yeni Dövrün Səssiz Pandemiyası: Yuxusuzluq və Gecə Gərginliyi
01:01 15.06.2025
Qurtuluşun Kodları: Bir Millətin Zamanla Müqaviləsi
00:01 15.06.2025
İsrail-İran Qarşıdurması: ABŞ Üçün Əxlaqi İflasın Başlanğıcı Şahlar Ruhi yazır...
20:17 14.06.2025
Ərdoğan Pezeşkianla İsrail-İran gərginliyini müzakirə edib
19:38 14.06.2025
"İsrail regional və qlobal təhlükəsizliyi təhdid edir"
19:11 14.06.2025
"Rusiya İsrailin hərbi əməliyyatını pisləyir"
18:52 14.06.2025
"Meta AI": Məxfi istifadəçi məlumatlarını gizlətmir?
18:40 14.06.2025
"Ukraynadakı PUA-lardan müdafiə sistemlərinin bir qismi Yaxın Şərqə köçürülüb"
18:31 14.06.2025
İlham Əliyev Britaniya Kralını təbrik edib
18:25 14.06.2025
Bu qidalar dərisi yağlı olanlara zərər vurur
17:56 14.06.2025
Kreditlə telefon ala bilmədi, mağazanı qarət etdi
17:38 14.06.2025
Yaşıl çayı haradan alırıq?
16:56 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana aşkarlanıb
16:33 14.06.2025
Çin şirkəti Qazaxıstanda ikinci AES-in tikintisi üzrə konsorsiumun lideri olacaq
16:24 14.06.2025
CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb
15:56 14.06.2025
"Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər"
15:07 14.06.2025
"Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
15:05 14.06.2025
" İran-İsrail münaqişəsinə görə Ukrayna üçün əlavə risklər yaranıb"
14:59 14.06.2025
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
14:31 14.06.2025
İranda daha üç nüvə alimi öldürülüb
14:07 14.06.2025
Bakıda ekstazi həblərini toz formasında satmaqda şübhəli bilinən şəxslər saxlanılıb
14:03 14.06.2025
"Tehran yandırılacaq"
14:01 14.06.2025
"ABŞ İsrailə mane olmayacaq"
13:58 14.06.2025
Beyləqanda bazarda YANĞIN - 16 nəfər xəstəxanaya hospitalizasiya olunub
13:46 14.06.2025
Hindistanda baş verən aviaqəza ilə bağlı iddia: Köməkçi pilot səhvən yanlış qolu qaldırıb?
13:35 14.06.2025
Tarixi-mədəni abidələrin vahid pasport sistemi yaradıldı
13:21 14.06.2025
Rusiya XİN Azərbaycana təşəkkür etdi
13:18 14.06.2025
Roma Papası İran və İsraili ağıllı davranışa çağırıb
13:03 14.06.2025
" Avropa İttifaqı haradadır? "
13:02 14.06.2025
Bakıdan Qazaxa sürətli qatarlarla sərnişindaşımaya başlanacaq
12:59 14.06.2025
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
12:23 14.06.2025
İsrailin zərbəsi nəticəsində 60 nəfər öldü
12:02 14.06.2025
Devid Bekhem "cəngavər" oldu
11:46 14.06.2025
Polşa Prezidenti Sinqapurdan qayıda bilmir
11:32 14.06.2025
70 minə yaxın namizəd MİQ imtahanı verəcək
11:27 14.06.2025
II Türk Ticarət Sərgisi: Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisindən Reportaj
11:17 14.06.2025
İranın Baş Qərargah rəisinin iki müavin həlak olub
11:08 14.06.2025
İranın iki raketi İordaniya və Suriyaya düşüb
11:05 14.06.2025
"ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
11:04 14.06.2025
Tramp və Zelenski NATO sammitində görüşməyəcək
11:03 14.06.2025
Hamısı