İspaniya Krallığının monarxı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh, rifah və davamlı tərəqqi arzulayıram.
VI Felipe
İspaniya Kralı"
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə bir sıra ölkələrin liderlərindən, o cümlədən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Fələstin Prezidenti Mahmud Abbas, Türkiyə və Qazaxıstan rəhbərləri və digər dövlət başçılarından da təbrik məktubları daxil olub.
Fatima Şükürova // EDnews