Xankəndidə "İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər" mövzusu müzakirə olunub

Xarici siyasət 15:31 08.04.2025

Xankəndidə VII ADA Siyasi Forumu çərçivəsində "Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər" mövzusunda panel sessiya keçirilib.

“EDnews” xəbər verir ki, tədbirə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib.

Astana Beynalxalq Maliyyə Mərkəzinin (AIFC) rəhbəri Renat Bekturov çıxış edərək qurumun fəaliyyət istiqamətindən söz açıb və bildirib ki, bu, sərmayədarları cəlb etmək, maliyyə sahəsini inkişaf etdirmək üçün dövlətlərarası bir təşkilatdır:

“Bölgə iqtisadiyyatı ölkəmizin iqtisadiyyatının böyüməsinə kömək edə bilər. Hazırda maliyyə mərkəzində təxminən 4 min şirkət qeydiyyatdan keçib. Bizim qiymətli kağızlar birjası var. Mərkəzdə bir neçə maliyyə qurumu fəaliyyət göstərir. Biz həm də hökumətin maliyyə və inkişaf sahəsində məlumatlarla dəstəklənən siyasəti həyata keçirməyə çalışırıq. Hökumətimizə qərar vermək üçün bir platforma kimi xidmət edə bilərik”.

Spiker nəqliyyat və logistika sahəsində fəaliyyətlərinə diqqət çəkərək bu istiqamətdə bir neçə birgə müəssisənin yaradılmasında iştirakçı olduqlarını vurğulayıb:

“Bu müəssisələr şərq və qərb arasında dəhlizləri inkişaf etdirmək məqsədini güdür. Bu, mədəniyyətin, ideyaların və maliyyə kapitalının dəyişməsi deməkdir”.

Alman Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının rəhbəri Urs Unkauf isə, öz növbəsində, forumun önəmini vurğulayaraq bildirib ki, Xankəndi şəhərində keçirilən bu konfrans iştirakçı ölkələr arasında geniş əməkdaşlıq körpülərinin yaradılmasına imkan verəcək:

“Almaniya ilə Azərbaycan arasında mühüm tərəfdaşlıq əlaqələri var. Biz bu münasibətin daha da inkişafında maraqlıyıq. Almaniya həm süni intellekt, həm də rəqəmsallaşma sahəsində mühüm potensiala malikdir. Bu gün bütün ölkələr qlobal dəyişikliklərlə üz-üzə olsa da, biz gələcəyə nikbin baxırıq. Dünyada baş verən dəyişikliklər narahatlıq doğurmaya bilməz. Bu kontekstdə ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsi önəmlidir”.

Urs Unkauf ötən il Azərbaycanın COP29-a ev sahibliyi etməsinə də diqqət çəkərək bunun ölkənin iqlim fəaliyyətinə mühüm töhfə olduğunu qeyd edib.

Yunanıstanın Trakya Demokrit Universitetinin professoru Marika Karagianni isə ilk olaraq Azərbaycana səfərlərindən bəhs edib və bu səfərlərin hər birində fərqli vəzifələri icra etdiyini vurğulayıb.

Natiq diqqətə çatdırıb ki, 2000-ci illərin əvvəllərindən etibarən Azərbaycan Yunanıstan və bir çox ölkənin, Cənub-Şərqi Avropa və bütövlükdə Avropanın enerji, iqtisadiyyat və siyasət baxımından güclü, etibarlı və ciddi bir tərəfdaşı olub.

Marika Karagianni Azərbaycanın Avropanın çox sabit bir qaz təchizatçısı olduğunu deyib.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
Hamısı