Kreml atəşkəsə razı olacaqmı?

Ekspert rəyi 13:01 12.03.2025

"Rusiya da atəşkəsə razı olacaq və nəticədə tərəflər danışıqlar mərhələsinə qədəm qoyacaq".

“EDnews” xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukraynanın Rusiya ilə müharibədə 30 günlük atəşkəs rejimilə bağlı ABŞ-ın təklifinə müsbət cavabını şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, aAmerikanın təklif etdiyi kompromis atəşkəsin elan olunması, tərəflər arasında sərhəd təmas xəttinin olması və ardınca danışıqlar prosesinin başladılmasından ibarətdir:

"Kiyev bu təklifə razılıq verib. Ukrayna tərəfi əvvəllər ərazi  bütövlüyü məsələsini, rusların keçən əsrin 90-cı illərin sərhədinə çəkilməsini tələb edirdi. Amma indi müharibəni mövcud vəziyyət şəklində dayandırmağa razılaşıblar. Görünür, Kiyevi təhlükəsizlik zəmanəti məsələsi də artıq qane edib".

Ekspertə görə, Rusiya da 30 günlük atəşkəsə razılıq verəcək:

"İndi qalır Rusiyanı da atəşkəsə inandırmaq. Fikrimcə, Moskva da müəyyən kompromisə gedəcək. İndi gözləyirəm ki, Trampla Putin arasında olan danışıqlar nəticəsində Kremldə mövcud vəziyyətlə razılaşacaq. Nəticədə atəşkəs elan ediləcək. Ardınca da növbəti proses, danışıqlar prosesi başlayacaq. Kiyev əsirlərin dəyişdirilməsi, saxlanılan mülki vətəndaş və aparılan uşaqların qaytarılması məsələsini də qaldırıb. Prinsipcə, Rusiya da  bunlara gedə bilər. Tərəflər artıq danışıqlar prosesi ərəfəsindədir".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurla nəticələnib. Kiyev ABŞ-ın Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə ABŞ Dövlət Departamenti Ciddədə baş tutan danışıqların yekunu ilə bağlı bəyanatda qeyd edib. 

Qeyd edilib ki, bunun müqabilində Vaşinqton Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti dərhal aradan qaldıracaq. Həmçinin Zelenski və Tramp Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığa gəliblər. İndi qalır  Rusiyanı da 30 günlük atəşkəs təklifinə razı salmaq.

Məqaləni hazırladı: Rüfət Soltan

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı