Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA

Təhsil 12:43 18.12.2024

Son günlərin təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri 1500 məktəbin bağlanması xəbəridir. Belə ki, bu barədə ilk dəfə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin iclasında danışıb. 

O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

Emin Əmrullayev isə sözügedən məlumatı təkzib edib. O qeyd edib ki, xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

"Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir", - nazir qeyd edib.

Beləliklə, nazirin sözlərində aydın olur ki, bəzi məktəblər bağlanacaq, bəziləri birləşdiriləcək, bəzilərinin tipi dəyişdiriləcək və digər addımlar atılacaq.

Bəs həmin məktəblərin müəllimlərinin taleyi necə olacaq?

EDnews-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, məktəblərin rasionallaşdırılması adambaşı maliyyələşmə sisteminə keçid üçün əsas addımlardan biridir:

“Bu yanaşma azsaylı şagirdi olan məktəblər üçün ayrılan vəsaitin daha məqsədyönlü istifadə edilməsinə və şagirdlərə daha yüksək keyfiyyətli təhsil şəraiti yaratmağa xidmət edir. Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbdən 1500-də şagird sayı 100-dən aşağıdır. Bu isə həmin məktəblər üçün ayrılan vəsaitin şagird başına düşən hissəsinin çox yüksək olması ilə yanaşı, təhsil keyfiyyətində problemlərə səbəb olur. Bəzi hallarda, belə məktəblərdə şagird üçün xərclər özəl məktəblərin illik təhsil haqqını belə üstələyir. Məsələn, cəmi 5 şagirdi olan məktəblərdə bu xərclər 25-27 min manat, 10-15 şagirdi olan məktəblərdə isə 13-15 min manat arasında dəyişir. Son tədris ilində 10-dan az şagirdi olan 142 məktəb birləşdirilib və ya profilləri dəyişdirilib. Bu prosesin əsas məqsədi şagirdlərə daha geniş imkanlar təqdim etmək və təhsil səviyyəsini artırmaqdır. Bununla yanaşı, bəzi məktəblərdə peşə yönümlü siniflər açılıb, digərlərinin fəaliyyəti isə yeni istiqamətlərə yönləndirilib.Bu dəyişikliklər, əhali miqrasiyası və kənd yerlərində şagird sayının azalması kimi obyektiv səbəblərlə əlaqədardır. Şəhər və rayon mərkəzlərinə köçlərin artması nəticəsində bəzi bölgələrdə şagird sayı kəskin azalıb, bu da həmin məktəblərin effektivliyini azaldıb. Bu səbəbdən, belə məktəblərin birləşdirilməsi və ya yenidən formalaşdırılması qaçılmazdır”.

G.Əkbərovanın sözlərinə görə, rasionallaşdırma prosesinin müsbət tərəfləri diqqətəlayiqdir. İqtisadi səmərəliliklə yanaşı, bu dəyişikliklər daha yüksək təhsil keyfiyyətinə imkan yaradır:

“Lakin bu addımlar icra olunarkən iqtisadi göstəricilərdən əlavə, şagirdlərin rifahı, müəllimlərin iş imkanları və icmaların sosial ehtiyacları kimi məsələlər də nəzərə alınmalıdır.Bu kontekstdə, ən vacib amillərdən biri şagirdlərin nəqliyyat məsələsidir. Uzaq ərazilərdə yaşayan şagirdlərin mərkəzləşdirilmiş məktəblərə təhlükəsiz və rahat şəkildə daşınması təmin edilməlidir. Eyni zamanda, ucqar ərazilərdə distant təhsilin genişləndirilməsi üçün texnologiyalardan daha fəal istifadə edilməlidir. Müəllimlər üçün isə yeni iş yerləri yaradılmalı və onların peşəkar inkişafına dəstək göstərilməlidir.Yerli icmaların bu prosesə cəlb olunması, onların ehtiyac və narahatlıqlarının dinlənilməsi də vacibdir. Belə yanaşma, dəyişikliklərin daha asan qəbul edilməsinə və prosesin effektivliyinə töhfə verə bilər. Ümumilikdə, rasionallaşdırma təhsilin keyfiyyətini artırmaq üçün bir fürsətdir və düzgün tətbiq edildikdə uzunmüddətli müsbət nəticələr təmin edə bilər”.

Müsahibimiz qeyd edib ki, məktəblərin rasionallaşdırılması zamanı həmin təhsil müəssisələrində çalışan işçilərin taleyi prioritet məsələlərdən biridir:

“Bu cür dəyişikliklər müəllimlərin və digər işçilərin iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqlar yarada bilər, lakin prosesin düzgün idarə olunması bu problemi minimuma endirə bilər. İlk növbədə, müəllimlər və texniki heyət üçün yeni iş imkanlarının yaradılması təmin edilməlidir. Bu, onları ya birləşdirilən məktəblərdə işlə təmin etməklə, ya da uyğunlaşdırılmış digər məktəblərdə mövcud vakansiyalarla yerləşdirməklə mümkündür. Eyni zamanda, rasionallaşdırma prosesi çərçivəsində açılacaq peşə təmayüllü siniflər və ya distant təhsil proqramları əlavə iş yerləri yaradaraq, işçilərin alternativ imkanlara sahib olmasına şərait yarada bilər”.

“Digər tərəfdən, düşünürəm ki, müəllimlərin peşəkar inkişafını dəstəkləmək məqsədilə müxtəlif təlim proqramları təşkil edilməlidir. Bu təlimlər müəllimlərin yeni təhsil modellərinə uyğunlaşmasını təmin edərək, onları gələcək iş mühitinə hazırlaya bilər.

Nəticə etibarilə, rasionallaşdırma prosesinin yalnız iqtisadi səmərəlilik yox, həm də insan amili nəzərə alınmaqla həyata keçirilməsi vacibdir. Müəllimlərin və işçilərin dəstəklənməsi bu dəyişikliklərin uğurla reallaşmasına mühüm töhfə verəcəkdir”- G.Əkbərova qeyd edib.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Hamısı