"Əmək bazarında fundamental dəyişikliklər baş verir"

İqtisadiyyat 10:08 30.05.2025

Azərbaycanda yeni bacarıqlara ehtiyac var və onların transformasiyası zəruridir.

“EDnews” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması diqqət mərkəzində saxlanılır, dövlət-özəl sektor əməkdaşlığı gücləndirilir, innovasiya ekosistemi yaradılır, texnoparklar, startap proqramları və rəqəmsal bacarıqlar üzrə təlim layihələri həyata keçirilir. Hər bir qurum üçün bacarıqların akkreditasiyası və “ömürboyu öyrənmə” prinsipinin təşviqi dövrün ən əsas prioritetlərindəndir.

"Bu gün açılış mərasiminə yığışdığımız 4Sİ Akademiyası çərçivəsində həyata keçirilən Milli Proqram layihəsi qeyd etdiyim bütün strateji məqsədlərə xidmət edir. 4SİM, Təhsilin İnkişafı Fondu və qlobal öyrənmə platforması olan "Coursera"nın birgə əməkdaşlığı ilə həyata keçirilən bu böyük Proqram gənclərimizin innovasiya və texnologiya sahəsində potensialını dəstəkləyir, müəllim və təlimçilərin bacarıqlarını artırır, tələbələrin əmək bazarının real tələbləri ilə uyğunlaşmasına öz töhfəsini verir. Layihənin sosial inklüzivlik və regionlar üzrə balanslı inkişaf prinsiplərini də özündə ehtiva edə bilməsi xüsusi təqdirəlayiqdir. Milli Proqramın artıq I mərhələsi yekunlaşıb və 6 həftə ərzində 14 000-dən çox sertifikat əldə edilib. Bu iştirakçıların layihəyə və öyrənməyə olan böyük maraq və həvəsinin göstəricisidir. Layihəyə dəstək verən bütün tərəfdaşlarımızı və komandamızı təbrik edir və növbəti mərhələlərdə uğurlar arzu edirəm",- deyə o qeyd edib.

Nazir müavini bildirib ki, əmək bazarında fundamental dəyişikliklər baş verir: "Qlobal miqyasda texnoloji tərəqqi, süni intellekt, avtomatlaşdırma, böyük verilənlərin analizi və rəqəmsal platformaların yayılması işçi qüvvəsinə olan tələbləri köklü şəkildə dəyişir. Dünya İqtisadi Forumunun 2025-ci il “Gələcəyin Peşələri” (Future of Jobs) hesabatına əsasən, 2030-cu ilə qədər 92 milyon iş yeri ləğv ediləcək, lakin 170 milyon yeni iş yeri yaradılacaq ki, bu da xalis 78 milyon artım deməkdir. Bu hesablamalar göstərir ki, əmək bazarında rentabelli qalmaq üçün bacarıqların transformasiyası və yenidən ixtisaslaşma mütləqdir".

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı