Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,2 % azalaraq 86,16 ABŞ dolları təşkil edib.
Ednews xəbər verir ki, dünənki hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 83,55 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.