Mirzə Ələkbər Sabirin doğum günüdür

Mədəniyyət 00:01 30.05.2025

Mayın 30-u Azərbaycan şairi, satirik, mütəfəkkir, ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür.

Oxu.Az xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə Şamaxıda anadan olub. Atası kiçik sahibkar olub və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoyub.

Sabir 12 yaşına qədər mədrəsədə oxuyub, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində - maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni məktəbində oxuyub. Müəllimi Seyid Əzim Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı, orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçası olub. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayıb:

"Gördüm neçə dəstə tazə güllər,

Bağlanmış idi giyah ilən tər".

Daha sonra atası Ələkbəri təhsildən ayırıb, öz dükanında köməkçi işlədib. Bununla belə, Ələkbər yenə də oxuyub-yazmağına davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox, oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıb.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və Xorasan şəhərlərini gəzib. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olub.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib. On beş il ərzində onun səkkiz qızı, bir oğlu dünyaya gəlib. Amma ailəsi zəlzələ nəticəsində vəfat edib. Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olub.

1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılıb.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda cümə məscidinin baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində olub. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlib.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının ozamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub, təhlil və müzakirə ediblər.

XX əsrin əvvəlindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirib. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olub. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yaranıb.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlib. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyib və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşıb. Həmin ərəfədə Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alıb. Həmin məktublarda deyilib ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görüb və bu işdə ona kömək edəcəklərini bildiriblər.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alıb. Lakin Qoridən aldığı məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyib.

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olub. Bu məktəbdə 60-a qədər şagird oxuyub. Yeni üsulda olan başqa məktəblərdəki kimi, burada da şagirdlər skamyada oturub, əyani vəsaitlərdən istifadə edib, ekskursiyaya çıxıblar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilib, Quran və şəriət dərsləri tədris edilib.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlib. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışıb. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayıb. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olub. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyib. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxıb. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirib. Şair, eyni zamanda, "Molla Nəsrəddin"ə də yazmaqda davam edib.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdıb. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatıb. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstəriblər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edib, yeni-yeni taziyanələr üzərində işləyib, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edib.

İyun ayında həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağı təklif ediblər. Lakin o buna razı olmayıb. O, Şamaxıya qayıdıb.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edib. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndəriblər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olub, iyulun 8-də Bakıya gəlib. Lakin artıq həkimlər əməliyyatın da heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görüblər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazıb: "Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

1911-ci il iyulun 12-də Sabir vəfat edib. Şairin məzarı Şamaxıda, "Yeddi Guşə"dədir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Niyə kapitalizimdən əl çəkə bilmirik?
14:56 10.06.2025
Azad edilmiş ərazilərdə daha 68 mina, 129 PHS aşkarlanıb
14:25 10.06.2025
Medinskinin uğursuz müqayisəsi – niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz?
14:13 10.06.2025
Jurnalistika və islamşünaslıq üzrə qabiliyyət imtahanlarının tarixi məlum oldu
13:19 10.06.2025
"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr
13:02 10.06.2025
Medinskinin məqsədi nədir?
12:43 10.06.2025
Pirəkəşküldə yararsız döyüș sursatları məhv ediləcək
12:19 10.06.2025
Ekspert: Azərbaycan enerji təhlükəsizliyində Avropa üçün əsas tərəfdaşa çevrilir
11:29 10.06.2025
Yəmən mediası İsrailin Hudeyda liman şəhərini vurduğunu bildirir
11:23 10.06.2025
Çin nümayəndəsi tezliklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək
11:19 10.06.2025
2026-cı il Formula 1 Azərbaycan Qran Prisinin tarixi açıqlanıb
09:51 10.06.2025
Bu ay Türkiyənin Kahramanmaraşında azərbaycanlı məhəlləsi açılacaq
09:10 10.06.2025
Bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
09:02 10.06.2025
"Rusiya NATO ölkələrindən daha çox silah istehsal edir"
08:07 10.06.2025
ABŞ-İran danışıqlarının növbəti raundunun vaxtı məlum olub
07:47 10.06.2025
Kaliforniya qubernatoru Trampı, Pentaqonu və Heqseti məhkəməyə verdi
07:42 10.06.2025
Rusiyanın beş hava limanı uçuş xidmətlərini dayandırıb: Təyyarələrin giriş-çıxışı mümkün deyil
07:37 10.06.2025
İnsanlıq tarixi yenidən yazılır: 6.000 illik skeletlər alimləri heyrətə gətirdi
07:33 10.06.2025
Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün əlaqələndirmə qrupu yaratmaq niyyətindədir
06:31 10.06.2025
"Çin və Cənubi Koreya azad ticarəti birgə qorumalıdırlar"
06:11 10.06.2025
Bir gündə nə qədər çiyələk yemək olar? -Həkim açıqladı
05:38 10.06.2025
Alimlər uzunömürlülüyü proqnozlaşdırmağı öyrəniblər
02:56 10.06.2025
Fitso Avropanın siyasi sistemini dəyişdirməyə çağırıb
01:04 10.06.2025
Sənədsiz evlərlə bağlı yeni xəbər
00:02 10.06.2025
Le Pen sağçıları Avropa İttifaqında islahatlara çağırır
18:44 09.06.2025
Çindən dünyaya YENİ TƏHLÜKƏ: Pandemiya, qapanma və ölüm gəlir...
17:33 09.06.2025
“OpenAI” illik gəlirini 10 milyard dollara çatdırıb
17:28 09.06.2025
Krasnoyarsk şəhərinin meri saxlanılıb
17:18 09.06.2025
Bu ölkə Rusiyaya görə qırıcıları havaya qaldırdı
17:11 09.06.2025
Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər
16:22 09.06.2025
Rusiya Ukraynanın hərbi aerodromunu vurub
16:13 09.06.2025
Rusiya Müdafiə Nazirliyi: Rusiya hərbi əsirlərinin birinci qrupu Ukraynadan qayıdıb
16:05 09.06.2025
Qazaxıstan və Bolqarıstan Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı gücləndirir
15:53 09.06.2025
Azərbaycan BMT-nin Nitsa şəhərində keçirilən Okean Konfransında təmsil olunub
15:48 09.06.2025
Peskov: Rusiya-Ukrayna memorandumlarına cavab mübadiləsi üçün əlavə danışıqlar lazımdır
13:25 09.06.2025
LAPD: İmmiqrasiya reydlərinə qarşı etirazlarda 56 nəfər həbs olunub
11:32 09.06.2025
Hindistanda hərəkətdə olan qatardan sərnişinlərin düşməsi faciə ilə nəticələndi
11:19 09.06.2025
Azərbaycan Suriyada Qurban bayramı münasibətilə növbəti xeyriyyə aksiyası keçirdi
10:57 09.06.2025
Erməniləri ifşa edən ermənilər
10:20 09.06.2025
Yəməndə məscidə silahlı hücum: 9 nəfər ölüb, 12 nəfər yaralanıb
09:41 09.06.2025
Hamısı