Uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunan türk musiqiçi İlhan Şeşen bu gün vəfat edib.
“EDnews” xəbər verir ki, sənətçi 76 yaşında dünyasını dəyişib.
"Sarılınca Sana”, "Ellerimde Çiçekler” ve "Neler Oluyor Bize" kimi hit mahnıları ilə məşhurlaşan müğənniyə 2023-cü ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
Uzun müddətdir müalicə alan İlham Şeşen bu gün vəfat edib. Məşhur sənətçinin ailəsi kədərli xəbəri bu mesajla açıqlayıb:
"Sevimli həyat yoldaşımız, sevimli atamız İlhan Şeşəni itirdiyimiz üçün çox kədərlənirik. Bütün sevənlərinə başsağlığı veririk".