Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı müzakirələr başladı

Münaqişələr 13:02 24.01.2025

Ukrayna xarici dövlətlərin hərbi qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı müttəfiqləri ilə ilkin müzakirələrə başlayıb. 

"EDnyus" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi açıqlama verib.
 Onun sözlərinə görə, hazırda danışıqlar çox erkən mərhələdədir və Ukraynaya Rusiya tərəfindən təkrarlanan aqressiyadan müdafiə üçün gələcək sülhməramlıların dəqiq sayı haqqında danışmaq hələ tezdir.  

"Biz inanırıq ki, Ukrayna üçün uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətləri həm Avropa, həm də ABŞ-ı əhatə etməlidir. Yalnız bu yolla biz davamlı və dayanıqlı sülhü təmin edə bilərik", –  Tixi bildirib.  

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün ən azı 200 min sülhməramlı tələb olunacaq. "Bu minimumdur, əks halda heç nə alınmayacaq", – deyə Zelenski vurğulamışdı.  

Müzakirələrin detalları ABŞ mətbuatında

 "Financial Times" qəzetinin məlumatına görə, Kiyevin Qərb tərəfdaşları ilə apardığı məsləhətləşmələrin iştirakçıları bildiriblər ki, Ukrayna hakimiyyəti 40 min – 50 min arası xarici hərbçinin 1000 kilometrdən çox olan cəbhə xətti boyunca yerləşdirilməsini planlaşdırır.  

"Wall Street Journal"  yazır ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya sülhməramlıların göndərilməsi ilə maraqlanıb, lakin ABŞ ordusunun bu missiyada iştirakını istisna edib. Trampın fikrincə, Ukraynanın müdafiəsi və dəstəyi əsasən Avropanın öhdəsinə düşməlidir. Zelenski isə, əksinə, ABŞ hərbçilərinin də daxil olduğu bir sülhməramlı kontingentin Ukraynada yerləşdirilməsində təkid edib.  

Avropa ölkələri nə düşünür?

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə ötən ilin fevralında Qərb hərbçilərinin Ukraynaya göndərilməsi təklifini irəli sürüb. Daha sonra Avropa ölkələri hərbi əməliyyatların dayandırılacağı təqdirdə atəşkəs rejiminə nəzarət etmək üçün belə bir addımı müzakirə etməyə başlayıb. Reuters agentliyinin mənbələrinə əsasən, belə bir missiya üçün minimal kontingent 40 min əsgər təşkil edə və Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa daxil olmaqla, 5-8 ölkənin qoşunlarından ibarət ola bilər.  

Avropanın təhlükəsizlik xidmətləri hesab edir ki, Rusiyanın aqressiyasının təkrar olunmasından Ukraynanı qorumaq üçün 100 min hərbçi tələb olunacaq.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Hamısı