Bir kamera, min nəfəs... Aytac Kərimova yazır...

Yazarlar 14:41 16.04.2025

İllər öncə memarlıq masasında çəkilən xətlər, sonradan dünyanın dərin yaralarını işıqlandıran fotolara çevrildi. O fotolar ki, həyatların bir parçasıdır... 

Söhbət Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransalı fotoqraf-Reza Deqatidən gedir. Kamera onun üçün təkcə bir vasitə deyil – ruhunun, bəzən də ümidinin varlığıdır. O, eləcə də fotojurnalistikanın simvolik adlarındandır. Deqati, şəkillərində obyektivini qaldırarkən, susanların da yerinə danışır. Çəkdiyi hər bir foto “Bax və unutma!” çağırışıdır. Bir də bunların hər birinin əks olunduğu "İnsanlığın şahidi" adlı albom var...

Bu albom, sözün əsl mənasında hər bir xalqın tarixi yaddaş salnaməsidir. Albomun daxilindəki mövzuları da məhz bu xətt birləşdirir. İlk olaraq, sözügedən albomun üzqabığı və adı diqqət cəlb edir. Üzqabığında təsvir olunan kiçik, balaca qızcığaz və onun ürkək baxışları ilə çirkab içərisində təsvir olunan əlləri həqiqətən də "insanlığın şahidi" fikrini tamamlayır. Bu baxımdan burada yer alan şəkillər yalnız estetik deyil, geridə birləşdirdikləri dərin mənaya görə də  təsirləndiricidirlər. Albomun daxilinə nəzər yetirdikdə Deqatinin eyni zamanda bir neçə kitab, sənədli filmlərin müəllifi və fərqli ölkələrdə təşkil edilən sərgilər, layihələrin əməkdaşı olduğunu görürük.

"Reza: Geri çəkiliş", "Fırtına Gözündə", "Bir Dünya, Bir Qəbilə", "Uşaqlıq Vədi" sənədli filmləri, "Sürgün xatirələr", "Kəsişən talelər", "Döyüş+Sülh" sərgiləri...

Öhdəlikləri onu bəşəriyyətin qarşıdurmalarına və fəlakətlərinə şahid olaraq yüzdən çox ölkəyə aparır. O, Kürdüstandan Əfqanıstana, Livandan Türkiyəyə, Pakistandan Çinə, Sarayevodan Qahirəyə, Ruandadan Səudiyyə Ərəbistanına,Cənubi Afrikadan Fransaya qədər harmoniyanın münaqişə ilə vəhdətini bizlərə təqdim edir. Lakin hər şeydən əvvəl mənsub olduqları dünya mədəniyyətlərini, ənənələrini çatdırmaqa çalışır.

Albomu varaqladıqca görürük ki, yaradcılığı dövründə o yalnız rəngli şəkillərdən istifadə etməmiş, həyatın ağ-qara tonlarına da toxunmağı bacarıb. Belə fotolardan biri də onun Azərbaycan tarixinin qanla yazılmış faciələrindən olan Xocalı Soyqırımından dərhal sonra çəkdiyi görüntülərdir. Fotolarla qarşı-qarşıya qaldıqda sanki bir millətin acısına çağırış var. Əslində, ağ-qara fonun özü də ağrıları, ümidləri və qanlı qarşıdurmaya qapılan mülki vətəndaşların acısını ifadə edir. Bununla yanaşı, Deqati Vətən müharibəsi, Qarabağda yenidənqurma işləri zamanı da kamerası ilə sözün əsl mənasında görünməyəni görünən etdi. Müharibənin sonrasında həyata dönən izləri, insanların dirçəlişini, müqavimətini gerçəkliyi ilə əks etdirməyi bacardı. Bunlar reallıqla, arzuların gerçəkləşməsinin vəhdətidir...

Beləcə, albomun son səhifələrini varaqlayır, hər bir səhifədə sənətkarın əməyinin, mübarizəsinin izlərini müşahidə edirik. Vərəqlər tükənsə də, əminəm ki, burada əks olunan fotolar insanlığın və tarixin yadigarı olaraq qalıb, daha neçə könüllərə toxunmağı bacaracaq.

Reza-Deqati.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı