“Təzadlar” qəzetinin 32 yaşı tamam olur! – UZUN BİR YOL! -Asif Mərzili yazır...

Yazarlar 11:04 08.04.2025

…1993-cü ilin aprelin 8-də ilk sayı işıq üzü görən qəzet bu günədək müstəqilliyini və tənqidi, ədalətli jurnalistika prinsiplərini qoruyub saxlamağa çalışıb…

…Qəzetin ilk sayı çapdan çıxmışdı. Bir neçə gündən sonra məni X.Məmmədov Xeyriyyə Cəmiyyətinə dəvət etdilər. İdarə Heyətində iclas idi. Cəmiyyətin sədri Rövşən Cavadov, Professorlar- İlham Rəhimov, Famil Mehdi, Nurəddin Rzayev, Xalq şairləri- Bəxtiyar Vahabzadə, Məmməd Araz, Neftçi alim Yusif Səmədov, Baş ədliyyə müşaviri Adil Minbaşı və başqaları… Mən həmin dövrdə «Ədalət» qəzetində baş redaktorun 1-ci müavini vəzifəsində çalışırdım… Təklif olundu ki, «Təzadlar» qəzetini də bir müddət idarə edim. Əvvəlcə razı olmadım ki, əsas iş yerində işim çoxdur. Amma və lakin… Qərar yekdilliklə qəbul edildi…

1995-ci ilin mart hadisələrindən sonra qəzetin çapı dayandı, təsisçi dəyişdiyindən yenidən qeydiyyat lazım idi. Mətbuat və İnformasiya Nazirliyinə (Sabir Rüstəmxanlı) müraciət etdik, dedilər ki, qəzet mart hadisələrində iştirak etmədiyi barədə (???) arayış gətirsin, sonra baxarıq… Bu məqamda Komitə ləğv edildi, bazasında nazirlik yaradıldı, Allah rəhmət eləsin, Sirus Təbrizli ilə görüşdüm, danışdım, dərhal tapşırıq verdi, qəzet yenidən qeydiyyatdan keçdi. Sonra «Azərbaycan» nəşriyyatının rəhbərliyi  çapımıza tərəddüd etdi. Allah rəhmət eləsin, köşə yazarımız var idi, Qeyrət Quliyev, bir gün soruşdu ki, qəzet niyə çap olunmur, dedim ki, mətbəə problemi var, PA-dan icazə verilməsini gözləyirlər… Dərhal zəng etdi PA-nın şöbə müdiri Əli Həsənova, sağ olsun, Əli müəllim  tapşırdı, qəzet yenidən nəşrə başladı. İnsafən, bu günədək rəsmiyyətin heç bir maneçiliyi olmayıb, nəşriyyatda da bu sıradan…

***

…Amma bizə daim problem yaratmaq istəyən, lakin istəyinə də nail ola bilməyənlər həmişə olub. Bu işlərin başında isə Ramiz Mehdiyevin deputatı olmuş Bəxtiyar Sadıqov dayanırdı. Onun neçə illər əvvəl AzTV efirində Ə.Amaşov və V.Rəhimzadə ilə birlikdə qəzetlərin reketçiliyindən (???) danışarkən aparıcının «Yaxşı, bu dediklərinizin «Təzadlar» kimi bir qəzetə nə aidiyyəti var?» kimi sualına Bəxtiyar Sadıqovun cavabsızlığı və ardınca da onun «Bu qəzet beynəlxalq skandal yaradıb…» deməsi tarixin bir ironiyası idi! Qəzet beynəlxalq skandal yarada bilirsə, bu qəzetin başına and içilməlidir! Həmin teleçıxış hələ də arxivimizdə durur…

Amma yox, ABU rektoru ilə dil tapanlar bizdən əl çəkmirdilər… 2009-cu ilin aprelin 7-də məni rektorun əsassız şikayəti əsasında Yasamal rayon Məhkəməsinin (hakim Tahir İsmayılov. Bu əməlinə görə onu ciddi şəkildə cəzalandırdılar) hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edildim və məndən bir neçə ay sonra dağıdılmış, indi yerində Baryaq Meydanı tikilmiş Bayıl türməsində «Təzadlar»ın ad gününü qarşıladım. Amma göydə Allah, yerdə isə Prezident bu «daxili» düşmənlərin arzusunu gözündə qoydu. Bir gün sonra həbsdən buraxılmağım barədə dünya hüquq və məhkəmə, həm də Azərbaycanın media tarixində görünməmiş hadisə baş verdi. Bu barədə 2009-cu ildə AzərTAC-da, APA-da və TREND-də və s. mətbuatda yayımlanmış rəsmi məlumatı olduğu kimi diqqətə çatdırıram: «Bütün vətəndaşlarımız kimi jurnalistlərimiz də qanunlar qarşısında cavabdehdirlər. Lakin zənn edirik ki, məhkəmə jurnalistə qarşı yüngül cəza tətbiq edə bilərdi. Çünki əksər vaxtlarda jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr sui-istifadə edirlər. Həm də jurnalistlərin peşə fəaliyyəti ilə bağlı məqamlara xüsusi ittiham deyil, mülki qaydada baxılması dünya miqyasında daha çox qəbul edilib… Elə dünən də dövlət başçısı İlham Əliyev “Təzadlar” qəzetinin baş redaktorunun həbsinə reaksiya verib». Bu barədə APA-ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin hüquqi yolla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib. Prezident güman etdiyini bildirib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma jurnalistlərin həbsinə səbəb olmayacaq. Dövlət başçısı bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş daha münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib». Bu arada Azərbaycan Jurnalistlər Birliyi də məhkəmənin A.Mərzili və müstəqil jurnalist Zümrüd Məmmədovaya qarşı çıxardığı hökmü pisləyən bəyanatla çıxış edib. AJB bu faktı məhkəmələr vasitəsilə söz azadlığına, müstəqil jurnalistikaya və ümumulikdə KİV-ə qarşı basqı kimi qiymətləndirir. Bəyanatda qeyd olunur ki, mövcud faktın Avropa Birliyinin xüsusi nümayəndəsi Piter Semnebinin və AŞ PA məruzəçilərinin Azərbaycanda olduğu dövrə təsadüf etməsi təəssüf doğurur. Bəyanatda deyilir ki, jurnalistlər tənqidə görə mətbuat nümayəndələrinin həbsinə qəti etiraz edirlər. Təxminən günorta saatlarında isə media cameyəsində A.Mərzilinin bu gün azadlığa buraxılacağı ilə bağlı məlumat yayıldı. Məlumata görə, dövlət başçısı İ.Əliyevin məsələyə operativ müdaxiləsi nəticəsində bu gün baş redaktorla bağlı apelyasiya şikayətinə baxılacaq. Onun elə məhkəmə zalındanca azadlığa buraxılması ehtimalı var».

Və sair…

Bəli, mən həmin gün-«Təzadlar»ın ad gününü Bayıl türməsində qarşıladım, amma səhəri gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alaraq azadlığa çıxdım, amma və lakin… Məlum «daxili düşmən»lər sakit oturmadı… Bir neçə gündən sonra məni-Prezident İlham Əliyevin xüsusi diqqəti əsasında bəraət alan jurnalisti Mətbuat Şurasına çağırdılar ki, qəzetin adını «qara siyahı»ya salmaq istəyirik… Getdim. İclas gecikir, hiss edirəm ki, müzakirəyə risq etmirlər. Necə yəni, məlum yazısına görə məhkəmədə bəraət alan jurnalistin rəhbəri olduğu qəzeti indi «qara siyahı»ya salarlar?! MŞ-ın bütün İH üzvləri orada idi, Rəşad Məcid iclası sərt formada açıb «Əflatun müəllim, Asif Mərzilini nəyə çağırmısınız, iclası açın də!» deyib ətrafa baxır, sağ olsun, özü iclasın gündəliyini elan etməli olur… Uzun məsələdir, qısa deyim ki, məsələ aydın idi: dedim, təşəkkür edirəm, Sizlər hüquqi nihilizmin əsasını qoyursunuz, heç olmasa neçə gün əvvəl Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dilindən rəsmi mətbuatda yayımlanmış «…prezident jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib və…» fikirlərindən, ən azı, utanmaq lazımdır,- bildirərək iclası tərk etdim.

İclas arzulanan qərarsız qaldı…

***

…Sonrakı illərin baş verən hadisələrini bu yazıda çözsəm, sənədli roman alınar.

Yeri gəlmişkən, «Jurnalist» adlı bədii əsər üzərində çalışıram və hesab edirəm ki, real faktlar əsasında yazılan bu roman Azərbaycanda jurnalist həyatından bəhs edən ilk bədii əsər olacaq.

 Nə isə… Başımıza gəlməyən hadisə qalmadı. Məhkəmələrdən tutmuş PA rəsmisi Fatma Abdullazadənin barəmizdə Prezident Heydər Əliyevə məruzə etdiyi əsassız, yalan faktlarınadək, çox şey. Ustad Məmməd Arazın həyat yoldaşı xatirələrdən ibarət «Ömürdən yarpaqlar» kitabında (Gülxanım Fətəliqızı: “Ömürdən yarpaqlar” kitabı, Bakı-2019.) görün nə yazır:

«1999-cu il. 15-16 sentyabr. Yaqub Zurufçunun telefonda danışdıqları:

– Bu televiziyon ki, Amerikada açmaq istəyirik ona çəkilişlər etməklə məşğulam. Gəncədə idim, Arazın sahilinə gedə bilmədiyimə görə Kürün sahilində süni sərhəd yaradıb “Ayrılıq” mahnısına klip çəkmişik. Xeyli pul xərcləndi. Sizə gəlmək istəyirdim, ancaq imkan tapmadım. Məmməd müəllimi də çəkmək istəyirəm. Bəlkə saat beşdə gələrəm.

Gülxanım Fətəliqızı: -Sonra Bəxtiyar müəllim zəng edərək əvvəl Məmmədlə danışdı. Onların nə danışdığını bilmədim. Bir xeyli keçəndən sonra Prezident Aparatından bir məmurun (Oxu: Fatma Abdullazadə. Red.) Məmmədlə danışmaq istədiyini bildirdilər.

Məmməd:

– Denən, buyursunlar, gözləyirəm…

Məmur zəng edir:

– Xanım, bir məsələ ilə əlaqədar olaraq sizə zəng etdim. “Təzadlar” qəzeti ki, var, olub bir faşist qəzeti. Əvvəl Xudu müəllimin şəkli ilə çap olunurdu. Onun redaktoru yaman cığallıq edir. Bir qrup yazıçı Heydər Əliyevin yanına gəlmişdilər. Onlar prezidentə dedilər ki, bu necə olur, belə bir qəzetin redaksiya heyətində Bəxtiyar, Məmməd Araz kimi şairlərin adı var. Mən Bəxtiyar müəllimlə də danışmışam. Bəxtiyar müəllim bildirdi ki, o qəzet çap olunanda biz Xudunun ətrafına yığışmışdıq. Mənim sözlərimi Məmməd müəllimə çatdırın, onlar qəzetin Redaksiya Heyətindən bəyanat verib çıxmalıdırlar, qoy fikirləşsin, sonra siz mənə onun cavabını çatdırarsınız.

– Vallah, bizə lazım olanda sizi bizimlə calaşdırmırlar. İndi siz özünüz zəng edərsiniz.

Onun sözlərini olduğu kimi Məmmədə çatdırdım.

 Bəxtiyar müəllim təzədən zəng etdi, Məmmədə demək üçün bunları mənə danışdı:

-Ay bacım, mən bayaq Məmmədlə də danışdım, yəqin dedi sizə. Sən evdə deyildin, Prezident Aparatından sizinlə danışdılarmı? Mənə zəng etmişdilər, onlara dedim ki, indi demokratiyadır,  danışırlar. Qəzetdə nə yazılıb ki, o deyilən kimi elə bir şey deyilmir. Asif Mərzili prezidentə açıq məktub yazıb. Yazıb ki, Qarabağ əldən gedir. Bizim varımız da, əhalimiz də, qoşunumuz da ermənilərdən çoxdur. Prezidentimiz niyə Köçəryanın yanında pərt oturmalıdır? Niyə?  Dedim ki, burada pis nə var ki? Deyir ki, yox, qəzet Murtuzu da söyür… Bilirsiz, mənə həmişə hücumlar olanda “Təzadlar” qəzeti məni müdafiə edib. İndi deyirlər ki, qəzetin Redaksiya Heyətindən çıxım…

– Sizin işiniz pis olacaq, Bəxtiyar müəllim. Redaksiya heyətindən çıxsanız xalq sizi söyəcək, çıxmasanız hökümət…

– Elədir, qızım, qəzetdə mənim və Məmmədin də adını çəkiblər. Yazırlar ki, biz bu xalq şairlərindən problemlərin həllində çox şey gözləyirdik, ancaq onlar susurlar. Mənə deyirlər ki, sən bir Asif Mərzili ilə danış, gör nə edirsən. Hələ bizimlə pişim-pişim danışıblar, Nurəddinin (Oxu: Nurəddin Rzayev.Red.) üstünə isə hücum çəkiblər.

– Yaxşı, Bəxtiyar müəllim, Məmmədlə danışaram.

– Hə bala, danış görək…».

***

Yox, bizdən əl çəmirlər… AzTV-də belə, arxasında sponsoru, yekə-yekə yiyəsi… olmayan, amma üzərində göydə Allahın, yerdə isə ölkə başçısının nəzərləri olan «Təzadlar»a qarşı qarayaxma veriliş də verildi, amma biz dözdük, yaşadıq, keçmişimizi yaşatdıq ta bu günədək!  Qapısını bəlkə də səhvən bir polis əməkdaşı döyəndə sarılığa tutlanlar yəqinki indi şokdadırlar ki, bu qədər naşıların, «daxili media  düşmənləri»nin qapısını döydüyü bu qəzetin hələ bir 32 yaşı tamam olur?!

 Rəhmətlik Ulu Öndər Heydər Əliyevlə 2001-ci ildə- Milli Mətbuat günündə ən azı 10 dəqiqəlik təkbətək (hamının iştirakçılığı ilə) olan söhbətimizdə də «Təzadlar» müzakirə mövzusu oldu, Prezident bir məqamda isə mənə dediyi «İndi de görüm mənim sənə borcum nə qədərdir?» zarafatyana sualı və mənim cavabım isə nəinki mənim, eləcə də o mərasimin bütün rəsmi və qeyri-rəsmi iştirakçılarının heç vaxt yadından çıxmayacaq yəqinki. Bu barədə xatirə kitabımda ətraflı yazmışam.

***

Bu hələ harasıdır, bir vaxtlar «Təzadlar»ın birinci səhifəsində Xudu Məmmədovun şəkli yer alırdı. Ramiz Mehdiyevin Ağdamdan deputat etdiyi Bəxtiyar Sadıqovun ciddi-cəhdi və partizan «fəaliyyəti» sayəsində «Azərbaycan» qəzetində qərəzli, yaraşmaz məqalə çap olundu, sonra  X.Məmmədovun oğlunun AzTV çıxışı baş tutdu, bu şəklin qəzetdə yayımlanmasının qarşısının alınması barədə efirdən xahişi oldu, şəkli götürdük, amma əvəzində Qarabağın betər taleyini ifadə edən bu şüarı yazdıq: «Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!».

Şükür, 27 illik şüarımız tətbiqini tapdı, ünvanına çatdı… Və Qarabağ azaddır!

Üzərimizə gələn oxşar təhdidlər Azərbaycan Mətbuat Şurasından sonralar da gəlirdi… Gah qəzetin adını «qara siyahı»ya saldılar, gah özündən xəbərsizlər qəzetə «reket» deməyə başladılar, məhkəmə qərarı olmadan qanunsuz olaraq mətbələrə qəzetin yayımının və çapının dayandırılması barədə MŞ-dan məktub göndərildi, məcbur olub MŞ-ı məhkəməyə verdik və bu qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qərardad əldə etdik. Tənqidi jurnalistikanı sevməyənlərlə «Təzadlar»ı gözü götürməyənlər yenə sakitləşmirdilər. Amma onlar anlamırdılar ki, bu təhdid və qarayaxmalarını, əksinə, müqavimətimizi daha da artırır… 2019-da isə bizi məcbur etdilər, Kiyevə uçduq, bir rektorun Azərbaycanda müəmmalı səbəblərdən yoxa çıxarılmış doktorluq dissertasiyasını tapıb Bakıya gətirdik! Bax bu təhdidlərin bəhrəsi bu idi… Əleyhimizə saxta bəyanat qəbul edib böhtan yağdıranların aqibətini indi hamı bilir! İmzalı müraciəti onları utandırmamaq üçün yayımlamıram!

***

…2016-cı ildə mənzilimi və şəxsi avtomobilimi benzin tökərək yandırdılar. Təsəlli verənlərə, pis olanlara deyirdim ki, ermənilər Qarabağda o qədər evlərimizi, mülklərimizi yandırıblar ki… Amma biz heç vaxt özümüzü əməldə yandırmadıq, dözdük, duruş gətirdik və yol gəldik, 32 ildir yol gedirik! Necə deyərlər, bir qarnı ac, bir qarnı tox, yaşayırıq! Vacib olan budur ki, gözümüz-könlümüz toxdur, başımız Azərbaycan insanı qarşısında dikdir, aşağı deyil! Özümüz kölgəliyik, amma gözümüz kölgəli deyil!

Şair demiş, hələ yaşamağa dəyər bir az da! Və hələ yazmağa da dəyər bir az da!

Bizə bu yolda mənəvi dəstək olan hər kəsə təşəkkür borcumuz var!

 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı