“Televiziyalarda işarət dili əlilliyi olan insanların cəmiyyətə adaptasiyasına təkan olacaq”

Yazarlar 16:15 31.03.2025

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən dəyişikliklər bu kateqoriyadan olan şəxslərin məlumat əldə etmək imkanlarını genişləndirəcək və bunun yüksək sosial effekti olacaq. Bu, işarət dilinin statusunun yüksəldilməsini, eşitmə məhdudiyyəti olan şəxslərin informasiya və kommunikasiyaya tam çıxış hüquqlarının həyata keçirilməsini təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər. Hesab edirəm ki, televiziya proqramlarında işarət dili vasitələrinin olması eşitmə məhdudiyyəti olan şəxslər arasında məlumat əldə etmək hüququndakı boşluqları aradan qaldıracaq. Bu isə əlilliyi olan insanların cəmiyyətə adaptasiyası, eləcə də məlumat əldə etmələrinə təkan olacaq.

Dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Məlum olduğu kimi, dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. İşarət dili vizual dildir. Danışıq dilindən fərqli olaraq, səslər və ya sözlərlə deyil, jestlərlə, yəni əl işarələri, üz ifadələri və ağız hərəkətləri ilə ünsiyyət qurur. Eşitmə məhdudiyyəti olan şəxslərin əqli inkişafı və sosiallaşması, onların reabilitasiyası üçün ən yaxşı vasitədir.

BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasında da dövlətlər danışıq dillərindən strukturca fərqlənə bilən, lakin heç bir halda onlardan aşağı olmayan və tam hüquqlu təbii dillər olan işarət dillərini tanımağa, qəbul etməyə və istifadəni təşviq etməyə çağırılır.
Ümumiyyətlə, əqli və fiziki imkanlarından asılı olmayaraq, bütün insanlar məlumat və əyləncəyə bərabər çıxış əldə etməlidirlər. Bu, həyatın bütün sahələrinə, o cümlədən televiziyaya aiddir. Eşitmə qabiliyyətini itirmiş insanların televiziya yayımı vasitəsilə sosial və siyasi əhəmiyyətli məlumatlardan uzaqlaşmaması üçün işarət dili xidmətləri göstərilir. Buna görə də dünyada bir çox televiziya kanalları, axın provayderləri əlçatanlığı təbliğ edirlər. Əlçatan televiziya müxtəlif texnologiyaların, o cümlədən subtitrlər, sadə dil parametrləri və işarət dili tərcümələrinin köməyi ilə həyata keçirilir. Burada həm də qəbul edilən informasiyanın dəqiqliyi və etibarlılığı ön plana çıxır. Belə ki, internet resurslarında rast gəlinən bütün məlumat mənbələrini etibarlı saymaq olmaz. Bu xidmətin televiziya vasitəsilə təqdim olunması əlçatanlıqla yanaşı, məlumatın etibarlı mənbədən alınmasını da təmin edəcək.

İşarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Yeri gəlmişkən, burada ən vacib məsələlərdən biri - surdo-tərcüməçilərin kadr ölçüsü də normal olmalı, aydın görünən ölçüdə təqdim edilməlidir, çünki onların üz ifadələrinin görünməsi vacibdir.

Hesab edirəm ki, işarət dilinə olan tələbat surdo-tərcüməçilərin peşə hazırlığının təkmilləşdirilməsini də aktuallaşdıracaq, bu peşənin cəlbediciliyini daha da artıracaq. Bu da nəticə etibarı ilə daha keyfiyyətli işarət dili xidmətlərinin təmin edilməsinə şərait yaradacaq.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı