“Azərbaycanla Çin ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindədir”

Yazarlar 09:01 15.02.2025

Cənab Prezident İlham Əliyev Çin telekanalına budəfəki müsahibəsində də bir çox vacib məqamlara toxundu. İlk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu bir şəraitdə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini diqqətə çatdırdı. Rəsmi Bakı 30 ilə yaxın işğaldan əziyyət çəkən tərəf kimi, hesab edir ki, bu gün dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Azərbaycan dünya xəritəsində yeni olsa da öz milli maraqlarını müdafiə edən, bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunə göstərir. Bu isə cəmiyyətdə mövcud olan sabitlik, birlik hesabına mümkün  olub. Ölkəmiz eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur.  Cənab Prezident bəyan etdi ki, bunun başlıca səbəbi milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etməyimizdir.
Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsindəki nüfuzuna da diqqət çəkən Prezident İlham Əliyev 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrliyi xatırlatdı. Bunu Azərbaycanın dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətinin beynəlxalq arenada dəstəklənməsi kimi qiymətləndirdi.
Çinlə ikitərəfli münasibətlərə də toxunan dövlət başçımız ötən il imzalanan srateji tərəfdaşlıq üzrə Bəyannaməni xüsusi qeyd etdi. Bildirdi ki, məhz bu sənəd ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Təbii ki, siyasi əlaqələrdə strateji tərəfdaşlıq ən üst səviyyədir. Rəsmi Bakı Pekinlə müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla tərəfdaşlığın genişləndirilməsini istəyir. Ümumiyyətlə, Azərbaycanla Çin arasında münasibətlər yeni mərhələdədir. Dövlət başçımızın müsahibə zamanı səsləndirdiyi fikirlərdən də aydın oldu ki, münasibətləri daha çox inkişaf etdirmək üçün yeni hədəflər müəyyənləşdirilib.
Azərbaycanın təbii coğrafi mövqeyi, mövcud əlverişli nəqliyyat infrastrukturu Çin və Mərkəzi Asiya ölkələri arasında əlaqələr üçün perspektivlidir. Bu kontekstdə tərəfləri birləşdirən Orta Dəhlizin, daha geniş miqyasda “bir kəmər, bir yol” layihəsinin mühüm rolu var. Belə ki, dövlət başçısı da bu layihələrin ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün effektiv mühit yaratdığını bildirir.
Orta Dəhlizin rəqəmsallaşdırılması isə onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərən faktorlardan biridir.
Azərbaycan həm də bir-birinə etibar etməyən Qlobal Şimal və Qlobal Cənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksəksəviyyəli təcrübə əldə etdi. Ev sahibi kimi çox iddialı gündəliyə  malik olan Azərbaycan kiçik ada dövlətlərinin problemlərini qaldırmaqla bu prosesə töhfə verdi.
Rəsmi Bakının şaxələnmiş xarici siyasəti də beynəlxalq miqyasda diqqət çəkir. Cənab Prezidentin müsahibə zamanı toxunduğu məsələlərdən biri də bu oldu. Çinlə yanaşı, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi, eyni zamanda Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsinin olması bunun əyani göstəricisidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanın daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal aktorlar tərəfindən yüksək qiymətləndirilir. Burada əsas prinsiplərdən biri Azərbaycanın başqa dövlətlərin daxili işlərinə müdaxilə etməməsidir.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “ideologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı”.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı