“Azərbaycan və BƏƏ arasında siyasi-iqtisadi dialoq yüksək səviyyədədir”

Yazarlar 10:52 16.01.2025

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ən uğurlu strateji tərəfdaşlarından biridir. 33 ildir ki, iki ölkə arasında diplomatik əlaqələr qurulub və bu illər ərzində ikitərəfli münasibətlərin möhkəm hüquqi bazası formalaşıb. Ölkələrimiz həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri, burada keçirilən rəsmi görüş, eyni zamanda dövlət başçımızın Dayanıqlılıq Həftəsində iştirakı Bakı ilə Əbu-Dabi arasında inkişaf edən əlaqələrin göstəricisidir.
Məlumdur ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində vacib müzakirələrin aparıldığı beynəlxalq platformalardan birinə çevrilib. Azərbaycan Prezidenti də qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsinin əsas iştirakçılarından biridir. Dünyada davamlı inkişafa xidmət edən və bu sahədə təcrübə mübadiləsi üçün effektiv qlobal platformaya Azərbaycanın da dəvət alması ölkəmizin prosesə töhfəsi kimi dəyərləndirilməlidir. BƏƏ eyni zamanda ev sahibi ümumi qlobal çağırışlarla, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün birgə beynəlxalq fəaliyyətin tərəfdarıdır. Prezident İlham Əliyevin BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə də əsas diqqət ikitərəfli münasibətlərlə yanaşı ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransına yönəldilib. Dövlət başçımız COP29-un uğurla başa çatmasında ölkələrimiz arasında əməkdaşlığın və bu ölkənin konsepsiyasının rolunu xüsusi qeyd edib. Məlumdur ki, COP29 Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilib.
Ümumiyyətlə, Azərbaycan-BƏƏ münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Eyni zamanda iqtisadi-ticari əlaqələr də genişlənməkdədir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da tərəfdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirilir. MDB məkanında ən böyük günəş elektrik stansiyası, 262 milyon ABŞ dolları dəyərində olan Qaradağ Günəş Elektrik Stansiyası da BƏƏ-nin Masdar şirkəti tərəfindən ərsəyə gətirilib.
İki ölkə həmçinin ənənəvi enerji sahəsində də yaxından əməkdaşlıq edir. İqtisadi göstəricilər artan dinamika ilə inkişaf etməkdədir. Belə ki, Azərbaycan-BƏƏ arasında ticarət dövriyyəsi son 4 ildə 2 dəfədən çox artıb. Qarşılıqlı investisiya fəaliyyətində də dinamika müşahidə olunmaqdadır.
İslam ölkələri, o cümlədən ərəb dövlətləri ilə əlaqələrin möhkəmlənməsi rəsmi Bakının xarici siyasət kursunda prioritet istiqamətlərdən biridir. Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır.

Nigar Məmmədova

Milli Məclisin Deputatı, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü

 

 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı