“Azərbaycan D-9-da qalib ölkə kimi təmsil olunmaqla nüfuzunu daha da möhkəmləndirəcək”

Yazarlar 12:26 13.01.2025

Azərbaycan son illər qalib ölkə kimi beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirib. Nüfuzlu beynəlxalq təşkilatlar Cənubi Qafqazın lider ölkəsi olan, beynəlxalq arenada əsas söz sahibinə çevrilən Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Ötən il ölkəmizin D-8 – İslam səkkizliyinə üzvlüyu də ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir.
Yeni dünya nizamının formalaşdığı bir vaxtda Azərbaycanın bu platformada təmsilçiliyi həm təşkilata, həm də ölkəmizə əlavə dividendlər vəd edir. Azərbaycanın D-8-ə qoşulması, ölkəmizin multilateralizm siyasətinə sadiqliyini bir daha nümayiş etdirir və rəsmi Bakının təşkilat çərçivəsində həm çoxtərəfli, həm də ikitərəfli formatda əlaqələrinin inkişafına təkan verəcək.
Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində də bəyan etdi ki, “biz bütün müsəlman ölkələrinin maraqlarını öz maraqlarımız kimi qəbul edirik, o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan oldu.” Beləliklə, Azərbaycanın təşkilatın sıralarına qoşulması ilə üzvlərin sayı 9-a çatdı. Təbii ki, bu prosesdə Azərbyacnın iqtisadi potensialı, siyasi nüfuzu, hərbi gücü də nəzərə alınıb. Həmçinin rəsmi Bakının İslam həmrəyliyi ilə bağlı siyasətinin burada xüsusi rolu oldu. D-9 öz coğrafiyasını İslam həmrəyliyinə uğurlu töhfələr verən Azərbaycan vasitəsilə genişləndirməyə üstünlük verdi. Bu, D-9-un artıq Qafqaz və Xəzər regionuna qədər genişlənməsi, eyni zamanda Azərbaycanın imkanlarının artması deməkdir.
Təxminən 30 il əvvəl yaranan və artıq qlobal təşkilata çevrilən D-9-un məqsədi böyük potensiala malik ölkələr arasında yeni imkanlar qurmaq, beynəlxalq qərarların qəbulunda iştirakçılığı təmin etməkdir. Təşkilatın 3 qitəni əhatə etməsi, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik olması, 130 milyard ticarət dövriyyəsi həyata keçirməsi, dünya müsəlmanlarının 60 faizini özündə birləşdirməsi həm də İslam dünyasının təşkilatlanması, həmrəyliyin möhkəmlənməsi deməkdir.
Təsadüfi deyil ki, D-9 BMT Təhlükəsizlik Şurasında müşahidəçi statusuna da malikdir. Bu isə quruma qlobal proseslərə təsiretmə imkanları yaratmaqla onun beynəlxalq səviyyədə mövqeyini gücləndirib.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti hələ 2017-ci ildə təşkilatın 9-cu Zirvə toplantısına xüsusi qonaq qismində qatılmışdı.  O zaman dövlət başçımız ölkəmizin inkişafı ilə yanaşı, həm də Qarabağ həqiqətlərinə, Ermənistanın işğalçılıq siyasətinə diqqəti yönəltmişdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən sonra 5 ildir regionda yaranmış yeni reallıqları nəzərə alsaq, Azərbaycan artıq qalib ölkə kimi D-9 platformasında təmsil olunacaq və post-münaqişə dövrünün reallıqları yeni platforma üzərindən İslam dünyası başda olmaqla beynəlxalq icitimaiyyətin diqqətinə çatdırılacaq. Bu da rəsmi Bakı üçün prioritet olan Cənubi Qafqazda sülh və təhlükəsizliyin, ədalətin tam təmin olunması, ikili standartlarla mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbyacan hər zaman ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyub.
Təşkilatın 2020-2030 -cu illəri əhatə edən Yol Xəritəsində də yeni hədəflər müəyyənləşib və bu hədəflərin reallaşmasında artıq Azərbaycan da effektiv şəkildə iştirak edəcək. Bu yol xəritəsi həmçinin ticarət əməkdaşlığının dərinləşdirilməsinə, prioritet sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə yönəlib. Hədəf daxili ticarət həcmini ümumi D-9 ticarətinin ən azı 10 faizinə çatdırmaqdır ki, bu baxımdan böyük iqtisadi potensiala, zəngin resurslara malik olan Azərbyacana ümidlər böyükdür.
Təşkilatın bundan əvvəlki toplantılarında qarşılıqlı nəqliyyat imkanlarının genişləndirilməsinin də prioritet olduğunu müşahidə etmişik. Bu mənada Azərbaycan həm də nəqliyyat-logistika habı kimi bu blokda ən güclü bəndlərdən biridir. Geosiyasi mövqeyi, strateji tranzit məntəqələri, inkişaf etmiş nəqliyyat infrastrukturu ilə regional mərkəzlərdən biri kimi seçilən Azərbaycanın üzvlüyü təşkilatı daha da möhkəmləndirəcək.
Türk Dövlətləri Təşkilatı kimi D-9-un da dünya miqyasında ciddi güc mərkəzinə çevrilmə potensialı böyükdür. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik mövcuddur.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlığın, birliyin və həmrəyliyin təzahürüdür. Azərbaycan üzv olduğu bütün təşkilatlada olduğu kimi bu  platformada da qurumun sülh, dialoq, ədalətli nizam, bərabərlikdən ibarət təməl prinsiplərinə sadiqdir. Ölkəmiz ümumi maraqların təşviqi, xüsusilə də islamofobiya ilə mübarizə, İslam həmrəyliyinin möhkəmlənməsi və təşkilatın böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini vermək niyyətindədir.

Nigar Məmmədova

Milli Məclisin Deputatı, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü 

 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı